Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə. Vahid adına 1№-li kitabxana filialının əməkdaşları M.N.Tusi adına 173 №-li orta məktəbdə “Heydər Əliyev İli” ilə əlaqədar növbəti tədbir keçirdilər.
Kitabxana filialının əməkdaşı Səidə Rəcəbova 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şagirdlərin diqqətinə çatdırdı. Kitabxanaçı dahi və müdrik şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin müstəqilliyi və onun qorunması yolunda həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, müasir və müstəqil Azərbaycanın banisi Heydər Əliyevin apardığı siyasət xalqımızın dünəni, bu günü və sabahını müəyyən etdi. Tədbirin yekununda kitabxana filialının müdiri Mətanət Qasımova vurğuladı ki, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin müstəqil Azərbaycan arzusunu gerçəkləşdirdi.