Məşhur qadın futbolçuya bir gecə üçün görün nə qədər pul təklif etdilər?

“Aston Villa”nın futbolçusu Alisha Lehmann, gecəni birlikdə keçirmək üçün çox tanınmış bir şəxsdən 110 min dollar təklif aldığını bildirib.

Qaynarinfo-nun məlumatına görə, qadın futbolunun tanınmış simalarından biri olan hücumçunun İnstaqramda 15,5 milyondan çox izləyicisi var. Lehmann sosial media platformasında bu yay qadınlar arasında keçirilən dünya çempionatının ən dəyərli futbolçusu hesab olunur (hər paylaşımına görə orta media dəyəri 241,314 funt-sterlinq göstərilir).

24 yaşlı futbolçu həm də Erlinq Haland kimi, KSI və Logan Paulun brend məhsulu “Prime” içkisinin ilk qadın səfiri oldu. Şöhrəti yayılan Lehman, çox güman ki, beynəlxalq fanatların da diqqətini çəkib. Lakin bir xahiş isveçrəli ulduzun təəccübünə səbəb olub.

Oyunçu “DirTea Talk” podkastında xatirələrini bölüşərkən, “Mən ən çox sevdiyim yer olan Mayamidə idim və bir klubda dostlarımla tanış oldum. Mobil telefonuma mesaj gəldi, cavab vermədim, amma həmin şəxs sonradan mənə baxan cangüdənimə mesaj göndərdi. Mesajlar çox tanınmış bir şəxsdən gəlib. Daha əvvəl bir tədbirdə də görüşmüşdük. Mesajda deyilirdi: “Mən Alişa ilə bir gecə keçirmək üçün ona 100 min İsveçrə frankı (təxminən 110 min dollar) ödəyə bilərəm. Lehmann isə təklifi rədd edib və təklif olunan məbləğə istehza ilə yanaşdığını deyib.

Həmin adamın adını açıqlamayan futbolçu, Adını açıqlaya bilmərəm. Amma bu, beynəlxalq aləmdə çox, çox yaxşı tanınır”.

Millisinin heyətində 42 dəfə meydana çıxan Lehmann 2021-ci ildə Villaya qoşuldu və avqustda müqavilə müddətini 2026-cı ilə qədər uzadıb.

Comments (0)
Add Comment