Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 12.10.2023-cü il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı layihənin icrasına Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində başladı. Tədbiri açıq elan edən layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsində başlıca məqsədin gənc nəslə ailə dəyərlərimiz, adət və ənənələrimiz haqqında məlumatın verilməsi və əxlaqi dəyərlərimizi təbliğ etmək olduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Layihə rəhbəri sonra sözü mühazirəçi professor və tanınmış pedaqoq Fərahim Sadıqova verdi. Fərahim müəllim tədbir iştirakçılarına keçmişdən günümüzə milli ailə dəyərlərimiz, adət-ənənələrimiz haqqında geniş və dolğun məlumat verdi. Gənclərə milli adət-ənələrimizdən, dahilərimizdən maraqlı sitatlar gətirdi. Mühazirəçi tədbir iştirakçılarının suallarını da geniş və ətraflı cavablandırdı. Tədbirin sonunda layihə rəhbəri bir daha QHT-lərə Dövlət Dəstəyi Agentliyinə belə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Layihə rəhbəri həmçinin Bakı Türk Liseyinin rəhbərliyinə və layihə iştirakçılarına öz təşəkkürünü bildirdi. Eldəniz Salmanov qeyd etdi ki, növbəti tədbir 17.10.2023-cü il tarixində həyata keçiriləcək.