Elə düşünmək olardı ki, bəşəriyyətin mütərəqqi və sülhpərvər kəsiminin istəkləri, arzuları, bu sahədə göstərilən fəaliyyəti nəticə verir, regionda sabitlik üçün ən böyük təhlükə olan Qarabağ düyünü çözülür və nəhayət Cənubi Qafqazda sülhün bərqərar olması üçün real şans yaranır.
Əslində, bu hadisə təkcə region dövlətləri, xalqları üçün deyil, bunu ürəkdən istəyən, səmimi olan, bu istiqamətdə ciddi işlər görən hər bir insan, hər bir qurum, hər bir dövlət üçün əlamətdar və sevindirici olmalıdır. Doğrudan da hansı tərəfdən baxırsan bax, istər böyük bir fəlakətin, insan ölümlərinin qarşısının alınması, istər ətraf mühitin, tarixi abidələrin qorunması, istərsə də qaçqın və köçkün probleminin həll edilməsi, siyasi və regional təhlükəsizlik, digər baxımlardan Qarabağ probleminin həlli üçün bəşəriyyət çox böyük hadisə və müsbət bir nümunədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi şərhçi, Cəmiyyətin İnkişafı Mərkəzi İB-nin sədri Əhməd Abbasbəyli səsləndirib.
Onun sözlərinə görə, son dövrlər baş verən bir sıra xoşagəlməz informasiyalar, bəzi Avropa dövlətlərinin davranışları, bədnam niyyətləri nümayiş etdirir ki, təəssüf ki, belə deyilmiş, yəni bu vəziyyət heç də hamını məmnun etmir: “Müşahidələrimiz əsas verir ki, hələ də bulanıq suda balıq tutmaq istəklərini, niyyətlətini reallaşdırmaq istəyən qüvvələrin, iqtisadi, maddi və s. maraqları naminə, nüfuz dairəsi təsir imkanları naminə reionda gərginliyi artırmaq, sönməkdə olan münaqişə ocağını alovlandırmaq, bu ocaqda qana bulaşmış əllərini isindirmək istəyənlərin olduğunu qeyd edək.
Əslinə qalsa, hazırda Cənubi Qafqazdakı reallıqla razılaşmayanların, Azərbaycanın uğuruna qısqanclıqla, hətta nifrətlə qarşılayanların müxtəlif bəyanatları, ayrı-ayrı qurumların iftira-böhtan dolu məlumatları, saxta bahənələrə söykənən canfəşanlıqları və s. hər bir azərbaycanlı kimi, məni də təccübləndirmir. Artıq heç kimə sirr deyil ki, özlərini sivil, demokratik düçüncə daşıyıcıları kimi dünyaya sırıyan saxta “sülh göyərçinləri” və “insan haqları və demokratik dəyərlər cangəvərləri” əslində eyni “xristian klubunun” üzvləri olaraq formasının dəyişmiş lakin mahiyyətcə həmin səlib təffəkkürün daşıyıcılarıdır.
Məni narahat edən və hiddətləndirən bu təəsübkeşlyinin sadəcə bəyanatlarla, humanitar yardımla, siyasi, iqtidasi, mənəvi və s. dəstəkləri deyil, hərbi yardım etmək, silah-sursat, hərbi texnika və s. formasında olmasıdır.
Niyə məhz hərbi yardım? Bu addımlar doörudanmı Ermənistanı qorumaq məqsədi daşıyır? Kimi kimdən qoruyursunuz? Niyyətiniz nədir?
Əvvəla dünyanın aparıcı dövlətlərinin o cümlədən ATƏT-in Minsk qrupu deyilən bir qurumun da 30 ildən artıq müddət ərzində həll edə bilmədiyi böyük bir problemi Azərbaycan Respublikası öz gücünə həll edərək, regionda yeni reallıq yaratdı və artıq təkcə öz ərazisinin deyil, həm də regionun təhlükəsizliyini təminatçısı kimi çıxış edir
İkincisi, həm Ermənistan və həm də Azərbaycanın dövlət başçıları bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər. Qarabağ probelmi tam və qəti şəkildə birdəflərik həll edilib. Onun Azərbaycan Respublaiksının tərkib hissəsi olmasını bütün dünya, hətta saxta separatçı qurum da “özü özünü buraxaraq” qəbul edib.
Üçüncüsü Azərbaycan 2020-ci il noyabr ayının 8-dən başlyaraq daim, davamlı olaraq sülh təşəbbüsləri ilə çıxış edir, bu sülhün bağlanmasına ən maraqlı tərəf olduğunu real fəaliyyəti ilə sübut edib. Artıq işğaldan azad olunmuş ərazilərdə bərpa, nəhəng abadlıq-quruculuq işləri həyata keçirir, qısa müddətdə unikal işlər görərək dünyanı heyrətə salıb. Son illər Azərbaycan dünya hərb tarixinə deyil, həm də ifrastrukturalrın yaradılması, şəhərsalma və abadlaşdırma işlərinin görülməsində həcminə, sürətinə görə salnamələr yazır.
Nəhayət Ermənistanın revanşist və militarist ruhda təbliğ edən, onun silahlandırmağa, saysız hesabsız ən müasir silah-sursatla təmin etməyə çalışan Avropa dövlətlər unutmamalıdırlar ki, uzun illərdi Rusiya da Ermənistana silahlandırmaqla məşğul idi, həm də təmannasız. Nəticəsi necə oldu?… Həmin silahların aqibəti necə oldu? Bəziləri Bakıda Qənimətlər parkındadı. Siz də göndərin. Nə qədər çalışsanız da Rusiyanın verdiyi silahlar qədər göndərə bilməyəckisniz”.
Siyasi şərhçinin fikrincə, vicdansızlıq, riyakarlıq o həddə çatıb ki, gündən-günə dünyada nüfuzunu itirən, başqa ərazilərdən burnu əzilərək qovulan qüvvələr, dövlətlər, ayaqlar altın atılmış nüfuzunu bərpa etmək, öz siyasi, iqtisadi və maddi maraqlarını təmin etmək üçün, iki qonşu dövlət arasında münaqişəni qızışdırmaqdan, qonşu dövlətlə müharibəyə təhrik etməkdən belə çəkinmirlər: “Əlbəttə ki, bu siyasəti bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olmasına ciddi təhlükə törədə bilər.
Amma bu kimi ölkələrin, ilk növbədə Fransanın Ermənistandan alət kimi istifadə edərək, guya Rusiyanı sıxışdırmaqla, nüfuz dairələrini genişləndirəcəkləri, Ermənistanda hərbi bazalar yaradacaqları, Cənubi Qafqazı təsir dairəsinə salacaqları, Avropanın və Asiyanın birləşdirəcək, Avrasiyanın arteriyası ola biləcək, böyük yüdaşıma və nəqliyyat şəbəkəsinin qarşısnın alacaqları, yalnız Azərbaycanın və Türkiyənin deyil, əksər Avropa dövlətlərinin, Çinin, Ruisyanın, Mərkəzi Asiya dövlətlərinin, Ermənistanın belə maraqlarına xidmət edəcək nəhəng layihəni pozacaqları isə xam xəyaldır.
Sonda gözəl bir Azərbaycan məsəli var: “sirkə nə qədər tünd olsa öz qabını sındırar”. Siizn bu çirkin əməlləriniz, iyrənc və cinayətkar addımlarınız olsa-olsa ermənilərə, Ermənistana çox böyük ziyan vuracaq. Əlbəttə ki, bu sizi heç düşündürmür, əminəm ki, sizin “erməni sevginiz” də digər münasibətləriniz kimi saxtadır”.