Bu gün Azərbaycan Respublikasının Şəhid Milli Qəhrəmanı Nəsibov Kamil Balədə oğlunun mövlud günüdür.
Birinci Qarabağ müharibəsi başlayanda Kamil Nəsibov 30 nəfərlik özünü müdafiə dəstəsi yaradaraq Laçın rayonunun müdafiəsi uğrunda döyüşlərə qatılıbvə bir çox kənd və rayonların qorunmasında böyük qəhrəmanlıq göstərib.
1992-ci il iyunun 29-da Laçın rayonunun Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlər nəticəsində Kamil Nəsibov ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
Ailəli idi və dörd övladı yadigar qaldı.
Şəhidimizin ailəsi Nərimanov rayon sakinləridir.
Biz Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Birliyi və Nərimanov Rayon İctimaiyyəti olaraq qəhrəmanımızın ailəsini ziyarət etdik. Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənabları qəhrəmanımızın ailəsi ilə danışığı zamanı Nailə xanım evinin təmirini təşkil etdiyinə görə cənab başçıya öz dərin minnətdarlığını bildirdi.
Allah rəhmət etsin!
VƏTƏNQƏHRƏMANLARI.AZ
NƏRMİN SƏFƏROVA