Milli qəhrəman anıldı

Azərbaycanın Milli Qəhrəmanı, polis QULİYEV NOFƏL ZAHİD oğlu 4 oktyabr 1963-cü ildə Şirvan şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.

Nofəl Zahid oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı.

11 dekabr 1991- ci ildə qızğın gedən döyüşlər nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ailəli idi. Bir oğul övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şüucaətə görə Nofəl Zahid oğlu Quliyev Milli Qəhrəman adı ilə təltif olunub.

Vaxtı ilə təhsil aldığı Şirvan şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi adından qəhrəmanımızın ailəsinə başsağlığı diləyirik.

ALLAH RƏHMƏT ELƏSİN!

VƏTƏNQƏHRƏMANLARI.AZ

NƏRMİN SƏFƏROVA

Comments (0)
Add Comment