Türkmən xanımlar Qənirə Paşayevanı anıblar

 

İraqın Bağdad şəhərində Türkmeneli Partisi Kadin Kollari Kerkük namayəndəliyin təşkilatçılığı ilə millət vəkili Qənirə Paşayevanın anım mərasimi keçirilib.  Diaspornews.az xəbər verir ki, tədbir iştirakçıları öncə Qənirə Paşayevanı bir dəqiqəlik sükutla yad edib və sonra ruhuna dualar oxuyaraq Allahdan ona rəhmət diləyiblər.

Türkmeneli Partisi Kadın Kolları sədri Hanan Kasım Tercuman çıxış edərək Qənirə Paşayevanın türkmənlərin ən önəmli dəstəkçisi olduğunu deyib.
Türkmeneli Partisi Kadin Kollari Kerkük namayəndəliyin rəhbəri Gaye Kasap Qənirə Paşayevanın türkmənlərı dəstək üçün türk dünyasına çağırış etdiyini vurğulayıb: “Qənirə xanımın vəfat etməsi bizi çox dərindən kədərləndirib. O, tək azərbaycanlı deyildi, türk dünyasından bir parça idi. Qənirə xanım hər zaman vicdanla milliyətçilik yolunda mücadilə etdi”.
Türkmən xanımlar Qənirə Paşayevanın fəaliyyətini və mübarizə yolunu özlərinə örnək bildiklərini deyiblər.
Xatırladaq ki, Türkmeneli Partisi Kadin Kollari Kerkük namayəndəliyin rəhbəri Gaye Kasapın rəhbərliyi ilə Qənirə Paşayevanın ruhuna ehsan paylanılıb.

 

 

Comments (0)
Add Comment