“Ulu Öndər Heydər Əliyev özündən sonra Azərbaycan xalqı üçün çox boyük irs qoyub getmişdir”

“Ulu Öndər Heydər Əliyev Vətənə sədaqətlə xidmət etmişdir. Məhz buna görə də Ulu Öndər 1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir”. Bu sözləri Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.

Səadət Məhərrəmova dövlətə və xalqa sədaqət andı içən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdiyini, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxartdığını deyib: “Qlobal enerji-kommunikasiya layihələrini reallaşdırılmaıs onun Vətənə sədaqətlə xidmətin əyani nümunəsidir. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan öz dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdir. Hımin illərdə ölkəmiz sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazanmışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınmış, Qarabağ münaqişəsinin həlli yolunda, diplomatik cəbhədə düşmən üzərində üstünlük əldə edilmişdir. Ulu Öndər zamanın özünəməxsus tələbi və vəzifələrini çox yaxşı bilirdi. Buna görə də O, Azərbaycanın qarşısında duran vəzifələri dəqiqlədirərək dövlətimizin söykəndiyi təməl prinsipləri müəyyən etmişdir. Bu prinsiplər əsasında ölkədə köklü islahatlar aparılmışdır”.

Səadət Məhərrəmova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklərin olduğunu vurğulayıb: “Hüquqi-demokratik dövlət quruldu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması, Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyin nəticəsidir. Ulu Öndər Heydər Əliyev özündən sonra Azərbaycan xalqı üçün çox boyük irs qoyub getmişdir”.

 

Comments (0)
Add Comment