Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti “Dostluq Bayramında” Azərbaycanı layiqincə təmsil edib. Sentyabrın 16-da Moskvanın Mıtişi rayonunda baş tutan tədbirin təşkilatçısı Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti idarə heyətinin sədri Elşən İbrahimov və qurumun üzvləri Kamil Bayramov və Ulduz Əskərova olublar. Festivalda Moskva vilayətinin informasiya və sosial kommunikasiyalar nazirinin rəhbərlik etdiyi çoxlu qonaqlar olub. Rəngarəng milli geyimlərin, milli məişət əşyalarının, ləziz milli mətbəxlərin sərgiləri, etno ustad dərsləri və təbii ki, alovlu rəqslər və mahnılar heç kəsi biganə qoymayıb.
Tədbirdə Azərbaycan mədəniyyəti, musiqisi geniş nümayiş olunub. Azərbaycanın milli mətbəx nümunələri qonaqların diqqətini çəkib.