37 illik şərəfli ömrün şərəfli sonu

23 sentyabr Vətən müharibəsi Şəhidi, polkovnik leytenant Quliyev Rəşad Rəşid oğlunun 40-cı yaş mövludu idi..

36 yaşında dünyadan vaxtsız köçən atasının arzusu Rəşadı hərbiçi görmək idi və Rəşad atasının arzusunu gerçəkləşdirmək üçün ömrünün ən gözəl illərini Vətənə xidmət edərək keçirirdi.

2016- cı il Aprel döyüşlərində xüsusi şücaət göstərən, “Canavar ” ləqəbli Rəşad Quliyev və əsgərləri 2020-cil Vətən müharibəsinin ilk günlərindən etibarən ən ağır döyüşlərdə yaxından iştirak edirdi.

Rəşadın 23 sentyabr 1983- cü ildə Qubada başlayan 37 illik ömrü 7 oktyabr 2020- ci ildə Cəbrayıl – Qubadlı istiqamətində gedən döyüşlərdə sona çatdı.. Və özündən yadigar Dərya və İnci adlı iki qız övladlarını geridə qoydu…

40- cı yaş mövludu münasibətilə Rəşadın ailə üzvləri, dostları, tanışları, döyüş yoldaşları və onu sevən hər kəs 2-ci Fəxri xiyabanda məzarı başında xatirəsini yad etdi..

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov da öz heyəti ilə birgə şəhidimizin məzarını ziyarət etdi və şəhidimizin anası Mətanət xanıma daima yanında olduğunu bildirirdi.

Biz də Vətənqəhrəmanlari.az saytı olaraq Allahdan qəhrəmanımıza rəhmət və ailəsinə səbr diləyirik .
Allah rəhmət eləsin!

Vətənqəhrəmanları.az
NƏRMİN SƏFƏROVA

 

Comments (0)
Add Comment