Şəhid Vətən müharibəsi qəhrəmanı Polkovnik – leytenant Anar Əliyevin mövludu

Şəhid Vətən müharibəsi qəhrəmanı polkovnik – leytenant Əliyev Anar Vaqif oğlu 28.08.1980-ci il tarixində Kəlbəcər rayonunda ziyalı müəllim ailəsində anadan olub. Hələ uşaq yaşlarından fəallığı və vətənpərliyi ilə yaşıdlarından seçilən Anar hərbiçi olmağı seçdi və bu sahədə də böyük nailiyyətlər əldə etdi.

Azərbaycan Respublikasının torpaqlarının bütövlüyünün qorunması və həmçinin, 2020-ci 27 senytabr tarixində başlayan Vətən müharibəsində bir çox ərazilərin işğaldan azad olunmasında Anar Əliyevin misilsiz xidmətləri olub.

Vətən müharibəsi dövründə Xocavəndin Tuğ kəndi uğrunda gedən döyüşlərdə yaralanan Anar Əliyev 21 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Və qəhrəmanımız 2-ci Fəxri xiyabanda dəfn olunub.

Ailəli idi, bir qız və bir oğul övladı yadigar qaldı.

Biz də Vetenqehremanlari.az saytı olaraq ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Vetenqehremanlari.az

 Nərmin Səfərova

 

 

Comments (0)
Add Comment