Bu gün dünyanın yeni düzəni formalaşır, bu düzənin vacib seqmentlərindən biri də Türk dövlətləri birliyidir. Bu birlik yalnız etnik kimliyə, din və dil birliyinə söykənmir. Regionda, xüsusilə də Avropadan Mərkəzi Asiyaya qədər uzanan geniş bir ərazidə yeni bir mədəni, siyasi, iqtisadi və gələcəkdə də hərbi ittifaqın daha etibarlı forması qurulmaqdadır. Azərbaycan bu sahədə, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, məhz bu qurumun nüfuzunun artırılmasına xidmət edir. Bu, həm də müasir müstəqil Azərbaycanın qarşısına qoyduğu hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu xarici siyasətin bir komponentlərindəndir. Bu uğurlu diplomatik fəaliyyət, həmçinin türk dövlətləri arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu mənada Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafı mühüm yer tutur.
Bunu saytımıza açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.
O bildirib ki, əslində iki qardaş xalq arasında əlaqələrin tarixi qədim və zəngindir: “Bu münasibətlər həm də xaqların bənzər inkişaf tarxininə və tale oxşarlığına söykənir. Xüsussilə sovet dönəmində baş verən hadisələr, xalqların bir-birinə daha yaxınlaaşdırdı və doğmalaşdırdı. Bununla bağlı çox sayda tarixi faktlar sadalamaq olar. Belə ki, ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapdı. 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə baş verən zəlzələnin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər. Xüsusi qeyd etmək lazımdır ki, azərbaycan xalqı kimi, özbək xalqı da mənfur erməni xislətinin, xəyanətinin, vəhşliyinin təsrinə məruz qalıb, 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə erməni silahlıları tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırım törədilib və 35 minə yaxın insan qətlə yetirilb. Həmçinin hər iki xalq oxşar taleləri yaxın tarixdə – keçən əsrin 80-ci illərində də təkrar yaşayıb, məqsədyönlü şəkildə müxtəlif sahələrdə SSRİ rəhbərliyinin ayrı-seçkiliyinin, qərəzli münasibətlərinin qurbanı olublar. 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri, 1988—cillər Ermənistanda azərbaycanlılara qarşı törədilmiş vəhşilik, qeyri-insanı davranış, 1990-ci il Qanlı 20 yanvar və sonradan Qarabağda və s. baş verən hadislərdə eyni dəst-xətt aydın görünür, bütün bu hadisələr türklərə olan düşmənçiliyinin bariz nümunəsidir”.
Ekspert deyib ki, müstəqillyə qovuşmaq üçün keşməkeşli yol keçən, itkilərə məruz qalan Azərbaycan və özbək xaqılaqları dövlət müstəqilliklərini əldə etdikdən sonra dostluq, qardaşlıq münasibətləri quraraq, daha da inkişaf etdirib və bu münasibət illərin sınağından çıxaraq bugünkü səviyyəyə çatıb: “Əminəm ki, eyni soy-kökə, tarixə və səmimi münasibətlərə söykənən Azərbaycan-Özbəkistan əlaqələri gələcəkdə də daha yeni səviyyəyə yüksələcək və Türk dövlətləri birliyinin bütün dünyanın hesablaşmağa mcbur olacağı, möhtəşəm birliyə çevrilməsinə təkan verəsəcək”.