Tanınmış iş adamı Əjdər Dadaşov Aprel Şəhidimiz Tural Dadaşovun doğum günündə Şəhidimizin ailəsinə baş çəkib

 

Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə 472 balla UNEC-ə qəbul olunub. 2015-ci ildə UNEC-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. Şəhidin meyiti aprelin 8-də döyüş meydanında aşkarlanıb. Bakıya gətirilərək, aprelin 9-da Suraxanı məzarlığında dəfn edilib.Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Tural Dadaşov həm də ölümündən sonra “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının təsis etdiyi “Vətən övladı” qızıl ordeni ilə də təltif edilmişdir.

Vetenqehremanlari.az

Nizami rayon rəhbəri, Bakı Musiqili Şou Teatrının müdiri, Teatrımızın inciləri saytının rəhbəri Əjdər Dadaşov

Comments (0)
Add Comment