20.08.2023-cü il tarixdə Yevlax rayonunda Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin yeni üzvlərinə vəsiqələr təqdim olunub.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri, “Bayraq ordenli”, Vətən müharibəsi iştirakçısı, qazi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mədəd Süleymanov məlumat verib. O bildirib ki, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin əsas məqsədi Vətənimizin azadlığı uğrunda Şəhid olmuş və ya hal-hazırda yaşayan Milli Qəhrəmanlarımızı tanıtmaq, gənc nəsillərə təbliğ etməklə bərabər onların adını əbədiləşdirmək və onlara sonsuz sevgimizi ifadə etməkdir. Bununla paralel biz Vətən uğrunda Şəhid və qazi olmuş digər qardaşlarımızı da gənc nəsillərə nümunə göstərmək üçün böyük səylə çalışırıq. Əlbəttə ki, bu gün Şəhid ailələrinə, qazilərimizə dövlətimiz tərəfindən, şəxsən Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı var. Bunu biz hər zaman hiss edirik və görürük. Ancaq düşünürəm ki, biz də ehtiyatda və istefada olan hərbçilər və döyüşçülər kimi bu istiqamətdə öz töhvəmizi verməliyik. Bildirmək istəyirəm ki, savaş hələ bitməyib. Bu gün mənfur düşmənimiz kapitulyasiyaya uğrasa da, yenə də revanşist hisslərlə yaşayır. Bu məqsədlə biz Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi olaraq ehtiyatda və istefada olan hərbçi, qazi qardaşlarımızla birliyimizin sayını artırırıq. Bununla cənab Prezidentimizi bir daha əmin etmək istəyirik ki, biz hərbçilər ehtiyatda və istefada olsaq belə Prezidentimizin bir əmri ilə düşmənə lazım gəldikdə dərs keçməyə hazırıq. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandanımız,- Deyə Mədəd Süleymanov bildirib.
Vetenqehremanları.az
Yevlax rayon rəhbəri Mədəd Süleymanov.