Millət vəkili və icra başçısı növbəti səyyar qəbul keçiriblər

Millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov rayonun Ərçiman və Talışnuru kəndlərində birlikdə növbəti səyyar qəbul keçiriblər.

Qəbulda təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.

 

Sakinlərin müraciətləri əsasən kəndlərin yollarının yararsız vəziyyətdə olması, qazlaşdırma, elektrik təsərrüfatının yenidən qurulması, təhsil, səhiyyə xidmətlərinin ucqar kəndlərə çatdırılmasında mövcud olan problemlər və digər məsələləri əhatə edib.

Görüşdə iştirak edən kənd sakinlərinin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi diqqətlə dinlənilib. Vətəndaşların qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.

Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılması, eləcə də, vətəndaşların problemlərinin həllini tapması millət vəkili Tamam Cəfərovanın fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Comments (0)
Add Comment