Millət vəkili İlham Məmmədov: “Yevlax görüşü tarixi görüş ola bilər”

Milli Məclisin deputatı İlham Məmmədov Qarabağda yaşayan erməni azlıqlarının nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında Yevlaxda baş tuta biləcək tarixi görüş haqqında fikirlərini bildirib:

Hesab edirəm ki, Qarabağda məskunlaşan erməni azlıqlarının nümayəndələri ilə Azərbaycan hökumətinin nümayəndə heyətinin Yevlaxda görüşü baş tutarsa bu Ermənistan üçün böyük tarixi bir şans ola bilər. Bu təklif üçüncü ölkənin vasitəçiliyi olmadan Azərbaycan tərəfindən irəli sürülüb. Əgər Ermənistan tərəfi bu görüşü düzgün qiymətləndirə bilsə o zaman onlar üçün bir çox qapılar açıla bilər. Belə ki, biz hər zaman sülhün tərəfdarı olmuşuq və bu gün də çalışırıq ki, qonşu dövlətlərlə sülh şəraitində yaşayaq. Lakin, hər kəsə məlumdur ki, bu gün Ermənistan-Azərbaycan münasibətlərini daha da gərginləşdirməyə xidmət edən qüvvələr var. Onlar istəmirlər ki, Ermənistan-Azərbaycan arasında sülh imzalansın. Bu isə bölgədə gərginliyi, humanitar böhranı daha da kəskinləşdirir. Biz öz mövqeyimizi daim sağlam ortaya qoymuşuq, biz istəmirik ki, bölgədə bundan sonra silahlı münaqişə olsun. Əlbəttə ki, bu gündən sonra əgər hər hansı silahlı qarşıdurma olarsa bundan ən çox zərər görən Ermənistan olacaq. Ona görə də Ermənistan tərəfi, xüsusilə Qarabağda yaşayan erməni əsilli vətəndaşlar bunu anlamalıdır. Təsadüfi deyil ki, ölkə Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında bu məsələni xüsusi vurğulayır. Cənab Prezident hər zaman bildirir ki, biz hər zaman sülhə hazırıq, ancaq sülh müqaviləsinin imzalanması üçün gərək Ermənistan tərəfi bizim sağlam şərtlərimizi qəbul etsin. Ermənistan, Azərbaycan tərəfinin obyektiv təkliflərini qəbul etməsə sülhün əldə olunması mümkün deyil,-deyə İlham Məmmədov vurğulayıb.

 

VETENQEHREMANLARİ.az saytının Yevlax rayon rəhbəri Mədəd Süleymanov

Comments (0)
Add Comment