Yevlaxda “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib

 

İyulun 21-də Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrının tədbir zalında Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Yevlax rayon İcra Hakimiyyəti nümayəndə heyətinin, Şəhid ailələri və qazilərin, Milli Qəhrəmanlar Tanıtım İctimai Birliyinin sədri “Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanovun, xalq artisti Samir Cəfərovun, jurnalist, teleaparıcı İnqilab Şirinlinin, Yevlax şəhər ictimaiyyət və mədəniyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycan Bayrağı” ordenli şəhid polkovnik-leytenant Soltan Məmmədovun doğum gününə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib. Tədbir dövlət himnimizin ifası və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, qazilərimizə minnətdarlıq bildirilib. Tədbirdə çıxış edənlər şəhidin həyat yoldaşı Tünzalə Məmmədova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov, Yevlax rayon İcra Hakimiyyəti nümayəndəsinin üzvü Xaliq Əliyev, yazıçı, şair, hərbi ekspert Natiq Əlisoy, şəhidin döyüş yoldaşları, jurnalist İnqilab Şirinli “Azərbaycan Bayrağı” ordenli şəhid polkovnik-leytenant Soltan Məmmədovun döyüş yolundan danışıblar və onun keçdiyi xidmət yoluna nəzər salıblar. Keçirilən tədbir çərçivəsində “Azərbaycan Bayrağı” ordenli şəhid polkovnik-leytenant Soltan Məmmədovun döyüş yolunu əks etdirən videoçarx və Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovun ifasında şəhidin xatirəsinə həsr edilmiş klip tədbir iştirakçılarına təqdim olunub.
Allah Ordumuzu qorusun, Allah Şəhidlərimizə rəhmət eləsin!

VETENQEHREMANLARİ.AZ saytının Yevlax rayon rəhbəri Mədəd Süleymanov

Comments (0)
Add Comment