Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu “Vətən müharibəsi qəhrəmanları: Böyük Qələbənin kulturoloji-ədəbi neo-təbliği” layihəsinin icrasına başlayıb. 1 iyul – 30 sentyabrr tarixlərində, 3 ay müddətində həyata keçiriləcək aktual layihə haqqında fondun rəhbəri Gülayə Rzayeva KİV-ə geniş açıqlama verib.
Gülayə Rzayeva bildirib ki, müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev cənablarının rəhbərliy altında II Qarabağ – Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqları ilə dünyada ad çıxarmış Ordumuzun qazanılan Zəfər həm tariximiz, həm xalqımız, həm də indiki və gələcək nəsillərdən üçün müqəddəs vətənpərvərlik dəyərinə çevrildi. Çağdaş milli ideologiyamızın əsas vurğulanmalı olan bu “Böyük Qələbə” adlı dəyəri daha da inkişaf etdirmək, yeniyetmə və gənclərimizin vətənsevər kimi yetişməsində, eləcə də dünyaya səpələnmiş 55 milyonluq soydaşlarımızı bir amal – güclü Azərbaycan ətrafında cəmləməkdən ötrü durmadan çalışmaq, qazanılan Zəfəri ideoloji-mənəvi konsepsiyaya, modern fikir texnologiyasına çevirmək günümüzün vacib tələblərindən biridir. Hər tərəfdən ideoloji-mənəvi basqılarla əhatələnmiş Azərbaycan gəncliyi üçün vətənsevərliyi bir ideoloji-ruhu fikir axınına çevirməklə, həm də Vətənimizin bütövlüyü uğrunda Qarabağda çanından keçmiş, şəhidlikləri ilə tariximizin qızıl səhifələrini yazmış qəhrəmanlığın ənənəvi və yeni formatlarda neo-təbliğinə çalışmalıyıq.
İnternet və sosial şəbəkə kontentləri, Qərbdən gələn kinofilmlər, cizgi filmləri, qısa videolar kompyüter və mobil oyunlar, smartfon tətbiqləri, fərqli sosial platformalar kimi güçlü təsiredici imkanların, İKT alətlərinin hər cür yad təzyiqi altında böyüməkdə olan gənc nəslin nümayəndələri üçün yeni ideoloji-mənəvi konsepsiya Böyük Vətən müharibəsi qəhrəmanlarının işıqlı obrazlarını ədəbi-mədəni, kreativ-sənət, estetik-mənəvi, bir sözlə, modern düşüncə formatlarında yaratmaq vacibdir. Vaxtilə Babəklər, Koroğlular, Xətailər, Həzilər kimi tarixi şəxsləri nümunə göstərərək yetişən nəslin yerində indi Mübarizlər, Poladlar, Vətən Müharibəsi igidlərinin qəhrəman obrazları ədəbiyyatımızın, humanitar-estetik düşüncəmizin, İnternet və sosial şəbəkə kontentlərinin yararlandığı, haqqında materiallar, əsərlər yaratdığı surətlər olmalıdır.
Gənc nəslin qəbul etdiyi modern, qısahəcmli, tez yaddaqalan ədəbi nümunələrin, vizual-virtual formatlı məhsullar ortaya qoymağı nəzərdə tutan layihə sadalanan məsələlərin ictimailəşdirilmək məqsədi güdür. Layihə ənənəvi – ədəbiyyat və yeni vizual formaları özündə birləşdirməklə məktəblilər, yeniyetmələr, gənclər və tələbələr, eləcə də yeni nəsil diaspor nümayəndələri arasında hərbi-vətənpərvərlik, Vətən uğrunda həyatını qurban vermək kimi müqəddəs hissləri aşılayan II Qarabağ Zəfərini xalqımıza yaşadanların, xüsusən də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qəhrəmanlarımızı, şəhid və qazilərimizin igidliklərinin sənət dili ilə salnaməsini yaratmağı nəzərdə tutur. Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını indiki və gələcək nəsillərə tanıtmaqla, yeni texnoloji-estetik alətlərdən yararlanmaqla, Şanlı Qələbənin ədəbiləşdirmək – əbədiləşdirmək əsas məqsədlərdəndir.
Vətən müharibəsi qəhrəmanları və Böyük Qələbənin kulturoloji-ədəbi neo-təbliği istiqamətində – Zəfər igidləri mövzusunda ənənənəvi və yeni formatlardan – kitab, ədəbiyyat nümunələri, elektron nəşr, İnternet TV veriliş, sosial şəbəkələrdə virtual aksiyalar və b. formatlardan yararlanmaqla, şəhidlik məqamına, igidlik zirvəsinə qalxmış övladlarımızın, qazilərimizin, müharibə iştirakçılarımızın əbədi-vizual obrazlarını yaratmaq zəmanəmizin aktual məsələlərindən hesab olunur. Vətən uğrunda vuruşmaqla qəhrəmanlığı örnək kimi həyat və döyüş yolunda əməli hərəkətləri ilə göstərənlərə həsr olunmuş, müxtəlif nəsil yaradıcı insanların yaratdıqları obrazların özündə birləşdirən əsərlərin kağız kitab almanax və onun elektron nəşr formasında nəşri, tanıtımı, yayımı nəzərdə tutulur.
Layihə çərçivəsində paralel olaraq İnternet resurslarında yayımlanacaq, daimi qalacaq vizual-virtual məhsullar, onlayn TV veriliş, yeni mediada gedəcək virtual məhsullar yaratmaq, eləcə də sosial şəbəkələr, yeni media, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə təbliğati-ideoloji aksiyalarını təşkil edilməsi nəzərdə tutulur.
Çağdaş ədəbi prosesi gücləndirmək, yeni estetik – mediativ, eləcə də virtual məhsullar yaratmaqla müxtəlif yaradıcı insanlar, yeni nəsil nümayəndələri arasında Vətən qarşısında qəhrəmanlıq göstərmiş şəxslərə, I və II Qarabağ müharibsiə iştirakçılarına ehtiram, sevgi, sayğı duyğularını gücləndirmək, Qarabağ bölgəsinin iqtisadi-sosial-mədəni dirçəlişi məsələləri istiqamətində dövlət proqramlarına dəstək nəzərdə tutulur. Yaradıcı kreativlərdə müxtəlif sahələrə aid milli ruhlu peşəkarların yetişdirilməsinə həvəsləndirəcək əsərləri yazmağa motivə edilməsi planlaşdırılır.
Qəhrəmanların ailələri ilə görüşlər, məktəblilər və gənclər arasında bu mövzuda esse müsabiqəsi, kağız kitab və onun elektron variantı nəşrə hazırlanacaq, gənclər arasında yayımlanacaq, İnternet TV verilişlər, yeni media məhsulları vasitəsi ilə vətənpərvərliyin, Vətən müharibəsi qəhrəmanlıqlarının neo-təbliğ olunması layihənin əsas ideya və məqsədini təşkil edir.
Qələbə tarixinin yaradılması istiqamətində növbəti mərhələ kimi düşünülmüş fəaliyyətlər zamanı yeni nəsil nümayəndələrinin Vətənsevərlik ideyası ətrafında şəbəkələşdirilməsi, yaradıcı insanları səfərbər etmək, müxtəlif nəsil nümayəndələrini birləşdirmək nəzərdə tutulub. Qəhrəmanlıq mövzusunda əsərlər zəmanəmizin dəbdə olan formatlarında, estetik-poetik texnologiyalardan yararlanmaqla hazırlanmalıdır. Postmüharibə dövrlərində müəyyən ictimai-psixoloji boşluq, mənəvi-ruhu zəifləmələr baş verir. Azərbaycan cəmiyyətinin gənclərdən ibarət əsas hissəsini və ölkəmizi bunun zərərli təsirlərindən qorumaq, mərhələli şəkiləd sosial-məişət problemləri həll olunan hərbiçilərin radikal daxili və xarici qüvvələrin təsirinə düşməmələri üçün onların Vətən qarşısındakı rəşadətli qəhrəmanlıqları siyasi-mənəvi ideologiya səviyyəsində təbliğ olunmalıdır. Vətən Müharibəsi şəhidlərimizin, qazilərimizin və qəhrəmanlarımızın hər zaman xalqımız, Azərbaycanımız, 55 milyonlıuq soydaşlarımız üçün gərəkli olmaları təbliğ edilməli, onların möhtəşəm qələbələri ideoloji-mənəvi texnologiya vasitəsinə çevrilməsi üçün kreati-innovativ formalarda uşaqlara, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə tanıdılmalıdırlar.
Gənc nəsil Vətən üçün fədəkarlıq göstərilməsinin başqa formaları – Qarabağın bərpası, işğaldan azad edilmiş torpaqlara ellikcə qayıdış, o torpaqlarımızın dirçəldilməsi, ümumiyyətlə, ölkəmizin sivil inkişafı üçün həvəsləndirməkdən ötrü müharibə qəhrəmanlarının tarixi obrazlarını ortaya qoymaq, dünya arenasında Azərbaycanın tanıdılması üçün gənc yaradıcı beyinlərinin intellektini, yaradıcı təxəyyülünü, kreativ imkanlarını ortaya qoyulması istiqamətində həvəsləndirilmə işləri aparılmalıdır. Bu sadalanan məsələlərdə yaradıcı şəxslərin əsərlərini özündə toplayan şəbəkəüstü esse və ədəbi müsabiqə, onun nəticəsi olaraq kitabın çapı, yayılması, vizual-virtual nümunələrlə, İnternet tele-məhsullarla fikirlərinin çatdırılması, virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm kəsb edir.
Qarabağdakı 44 günlük möhtəşəm Vətən müharibəsində igidlik nümayiş etdirərək tarix yazanlar, hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlamfikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərini yaranmasını həvəsləndirən ədəbi-mədəni fəaliyyətlərin təşkili və onun nəticəsi olaraq ayrıca kağız almanax-kitab, onun elektron variantının nəşrə hazırlanması, çapı, təqdimatı ilə yanaşı onlayn TV-də canlı tele-müzakirələrin – vizual məhsulların çəkilməsi, İnternetdə yerləşdirilməsi, yayımı, müxtəlif tanınmış şəxslərin mövzu ilə bağlı fərqli fikirlərinin cəmiyyətə, xüsusən yeni nəslin nümayəndələrinə çatdırılması, gənclərin qəbul etdiyi virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm veriləcək.
Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın Qarabağdakı Böyük Qələbəsi haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, nəşr olunacaq Almanax, e-toplu, elektron şəbəkə resursu haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq.
“Qayğı və Himayə” Fondunun Mətbaut Xidməti