Məqalə Tovuz döyüşlərinə, General-mayor Polad Həşimov və onun tabeliyində olan şəhid zabitlərimizə həsr olunur.
Uşaqlığımdan bəri hər yay Tovuz rayon Ağdam kəndinə gedən zaman maraqla əzəmətli Qaraqaya zirvəsinə baxardım. Ağlımda o zirvə haqqında suallar yaranardı. O zirvənin başında görəsən nəsə var ? Kimsə varmı o zirvədə? bu kimi suallar yaranardı beynimdə. Bir gün bu suala cavab tapmaq qərarına gəldim və belə bir cavab aldım evdəkilərdən “O gördüyün zirvənin ən yüksək hissəsində hərbi hissə və bizi qoruyan əsgərlərimiz var” Bəlkə də o qayanı əzəmətli edən bizim əsgərlərimizdir deyə düşündüm. Hər zaman Qaraqaya zirvəsini əzəmətli və sakit görürdüm. Heç bir zaman ağlıma belə gəlməzdiki orda döyüşlər olacaq və Azərbaycan ordusunun generalı şəhidlik zirvəsinə yüksələcəkdir.
Sizə Tovuz döyüşləri haqqında bəhs edəcəm. 2016-cı ildən 2020-ci ilin 12 iyul tarixinə qədər cəbhə xəttində belə gərginlik olmamışdır.
İyulun 12-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz Rayonunda yerləşən mövqelərini artirlleriya qurğularından atəşə tutmuşdular.Həmin gün 3 hərbi qulluqçu şəhid olmuşdur. Şəhid əsgər Xəyyam Daşdəmirov, Şəhid Baş əsgər Elşad Məmmədov, Şəhid çavuş Vüqar Sadıqov.
Sizə öz kəndi uğrunda canından keçən şəhidimiz Baş əsgər Elşad Məmmədov haqqında danışmaq istəyirəm.
Şəhid Baş əsgər Elşad Dönməz oğlu Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində doğulmuşdur. Şəhid olan zaman ailəli idi və ilk övladı Məhəmməd 7 aylıq körpə idi. Şəhidlik zirvəsinə ucaldıqdan sonra isə 2-ci övladı dünyaya göz açdı.
Azərbaycan Respyublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Elşad “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
13 iyul tarixində şiddətli döyüşlər davam edirdi. Saxtakar yalançı Erməni ordusu əhalini qorxutmaq və öz daxilində nüfuzunu artırmaq üçün “Ermənistan hərbi bölmələri Qaraqaya zirvəsini ələ keçirdi” adlı yalançı xəbər yaydı. Lakin Müdafiə nazirliyi o xəbəri təkzib etdi. Həmin gün baş leytenant Rəşad Mahmudov şəhid oldu.
14 iyul tarixində döyüşlər daha da gücləndi. Xalqımız həmin gün həddindən artıq çox sarsıldı. Çünki Azərbaycan ordusunun General-mayoru Polad Həşimov şəhid oldu. Onunla birlikdə Polkovnik İlqar Mirzəyev, Mayor Anar Novruzov və Namiq Əhmədov, Gizir İlqar Zeynallı və Yaşar Babayev,Əsgər Nazim İsmayılov şəhid olmuşdur.
General mayor Polad Həşimov sadəliyi ilə seçilən, əsgərlərinin sevimli komandiri olan, isti və ya soyuq demədən əsgərlərinin yanında olan bir komandir idi. Bu xəbər xalqımızı çox sarsıtdı. Xalqımız o xəbəri eşidəndən sonra Müdafiə Nazirliyinin və Milli Məclisin qarşısına gələrək səfərbərliyin elan edilməsini və onların ön cəbhəyə göndərilməsini tələb etmişlər.Biri gün cənab Ali Baş Komandan xalqımıza müraciət edərək generalımızın və hərbiçilərimizin qisasının alınacağını, Azərbaycanın ötən əsrin 90-cı illərindəki Azərbaycan olmadığını bildirdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2020-ci il sərəncamı ilə Polad Həşimov və İlqar Mirzəyevə Milli Qəhrəman statusu verildi.
İyul ayının 15-dən sonra ordumuz Ermənistan ordusunu susdurdu. Tovuz döyüşləri zamanı Ermənistan ordusu qəbul edilmiş bütün konvensiyaları pozaraq mülki vətəndaşlara atəş açmış və nəticədə 79 yaşlı Əziz Əzizov şəhid olmuşdur.
Mən bu döyüşlər zamanı kənd əhalisinin necə qəhrəman və qorxmaz olduğunu gördüm. Erməni gülləsinin səsinə öyrəşən güllə səsi eşitməyəndə darıxan nənəni gördüm.
Bəli Polad Həşimov və onun silahdaşlarının qisası Vətən müharibəsi 2-ci Qarabağ müharibəsində alındı. Onların qisasını Cəbrayıl Dövlətzadə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə erməni generalını və polkovnikini öldürərkən şəhid olmuşdur.
Ümumiyyətlə 2-ci Qarabağ müharibəsində bütün şəhidlərimizin 1-ci Qarabağ müharibəsi şəhidlərinin qisası aləndı. Bir şəhid ailəsi üzvü olaraq Torpağlarımızı azad etdiklərin və şəhidlərimizin qisasını aldığlarına görə Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan ordusuna təşəkkür edirəm.
Yaşasın Azərbaycan!!!
Yaşasın Azərbaycan ordusu!!!
Müəllif: Azərbaycan Dövlət İqtisad Universiteti Biznes və Menecment fakültəsi 1-ci Kurs Tələbəsi
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi Tarix klubunun direktoru Ağayev Ziyad