Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində dəyirmi masa keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir” mövzusunda dəyirmi masa keçirilib.

YAP Yevlax rayon təşkilatının inizbati binasında keçirilən dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elvin Əjdərli,Rayon Ağsaqqallar şurasının sədr müavini Sərdar Məmmədov rayonda fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri,Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri,Vətən müharibəsinin iştirakçısı,”Azərbaycan Bayrağı” ordenli Mayor Mədəd Süleymanov, Şəhid ailəsinin üzvləri və gənclər iştirak etmişlər.

VETENQEHREMANLARİ.AZ saytının Yevlax rayon rəhbəri Mədəd Süleymanov

Comments (0)
Add Comment