“Rusiyada 980 dəfə xeyriyyə aksiyası keçirmişik”

Rusiya Federasiyasında fəaliyyət göstərən Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayevin saytımıza müsahibəsini təqdim edirik.

 Cəlal Abdullayev: Şadıq ki, yerli rəsmi qurumlar, deputatlar tərəfindən Krasnodar diyarı Azərbaycanlıları Birliyinin fəaliyyəti yüksək qiymətləndirilir

– Cəlal müəllim, öncə özünüz haqqında danışmağınızı istərdik…

– Mən, 1969-cu ilin 19 fevralında Azərbaycanın Tovuz rayonunun Yekə Allılar kəndində anadan olmuşam. Orta təhsilimi Yekə Allılar kənd məktəbində bitirmişəm. Sonra Rusiyanın Volqaqrad şəhərinə getmişəm. Volqaqradda bir müddət yaşayandan sonra Azərbaycana qayıtmışam. Sovet ordu sıralarında hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən qayıdandan sonra Tatarıstana getmişəm. Tatarıstanda Sənaye və Mülki Tikinti İnstitutunda ali təhsil almışam. Və orada ailə həyatı qurmuşam. Birinci Qarabağ müharibəsi başlayanda Vətənə qayıdıb döyüşlərə qatılmışam. Üç il yarım müharibədə erməni yağılarına qarşı döyümşəm. Əlimizdən nə gəlirsə Vətən üçün vuruşmuşuq. Müharibədə atəşkəs elan olunduqdan sonra Tatarıstana, evimə qayıtmışam. Tatarıstanın Buqlma şəhərində Azərbaycan diasporunu formlaşadırmışıq. 1998-ci ildə Tatarısatandan Krasnodar diyarının Novorossiysk şəhərinə köçmüşəm. Burada da Azərbaycanla bağlı tədbirlərin keçrilməsinə başlmışıq. Burada, xüsusən 1 və 9 mayda Azərbaycan bayrağının qalxmamağı bizə çox  böyük təsir göstərirdi. Bunula əlaqədər işlərə başlamışıq. 1999-cu ildə biz bu bayrağı qaldırmışıq. Bu günə Azərbaycan və Türkiyə bayraqları şəhərdə zirvələrdədir.

– Krasnodar diyarında Azərbaycanla bağlı nə kimi tədbirlər keçirirsiz? Orada Birlik olaraq soydaşlarımıza necə dəstək olursuz?

– Biz Novorossiysk şəhərində Azərbaycanla bağlı bütün əlamətdar günləri qeyd edirik. Həmçinin imkansız azərbaycanlı ailələrə maddi yardımlar edirik. Nə çətinliyə düşürlərsə onların köməyinə çatırıq. Buradakı həmyerlilərimizə gecə və gündüz zəng edərlərsə, dəstəyimiz əsirgəmirk. 3 il bundan qabaq Azərbaycandan 60 nəfər adam gəlmişdi. Onların yola salınmasını cəmiyyət öz üstünə götürdü. Bunu tək mən yox, ümumi Birliyimizn üzvləri ilə birgə edirik. Bu vaxta kimi hər hansı soydaşımızın istək və xahişini rədd etməmişik. Əsasən rəhmətə gedən soydaşlarımızın meyitini sərhədə kimi aparıb Vətənə yola salırq. Və biz bütün bu işləri təmənnasız edirik.

– Yerli rsəmi qurumlarla əməkdaşlığınız necədir?

– Mən hazırda Novorossiysk şəhər rəhbərinin Milli məsələlərin tənzimlənməsi üzrə müşaviriyəm. Rəsmi qurumlarla əlaqələrimizi çox gözəldir. Bizi Novorossiysk şəhər rəhbərliyi çox yaxşı tanıyır və bizə qarşı çox böyük hörmətləri var. Bir azərbaycanlı kimi, bir türk oğlu kimi şəhər administrasiya sistemi ilə sıx əlaqəm var. Tədbdirlərimizdə yerli rəsmi qrumların nümayəndləri iştirak edirlər. Şadıq ki, yerli rəsmi qurumlar, deputatlar tərəfindən Krasnodar diyarı Azərbaycanlıları Birliyinin fəaliyyəti yüksək qiymətləndirilir.

-Tədbirlərinizə yerli insanları cəlb edirsimi?

– Bəli, bütün tədbirlərimizdə onlar olurlar. Hər bir tədbirimizdə çoxuşaqlı ailələr iştirak edirlər. Bizim əsas məqsədimiz onalara kömək etməkdir. Əsasən kasıb və sağlamlıq imkanları məhdud olan insanlara, əlillərə, xəstə uşaqlara, müharibə iştirakçılarının və ya müharibədə ölənlərin ailələrinə bu dəstəyi veririk. Bu vaxta kimi bizim Birlik tərəfindən Rusiyada 980 dəfə xeyriyyə aksiyası keçirilib. Bu aksiyaların sayına görə Rusiyada Azərbaycan diasporu olaraq biz 1-ci yerdəyik.

-Qarşıdakı günlərdə hansı işləri icra etmək istəyirsiz?

-Əlbəttə ki, humanitar yardımlarımızı və xeyiryyə aksiyalarımızı davam etdirəcəyik. Bundan başqa, Novorossiysk şəhərində Ulu Öndər Heydər Əliyevin adına park açmağı planlayırıq. Həmçinin buradan Şuşa, Kəlbəcər, Naftalan və ölkəmizin digər dilbər güşələrinə turist səfərləri təşkil edəcəyik.

 

  

 

 

Comments (0)
Add Comment