Yevlaxdakı “N” saylı hərbi hissədə 26 İyun-Silahlı Qüvvələr Gününə həsr edilmiş təntənəli tədbir keçirilib

 

25.06.2023-cü il tarixdə Yevlax rayon İcra Hakimiyyəti Başçısı müavininin rəhbərliyi, Şəhid anası Maral xanım Əliyevanın, Milli Qəhrəmanlar Tanıtım İctimai Birliyinin sədrinin, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin rəhbərinin, Yevlax şəhər ictimayət nümayəndələrinin, hərbi ekspert, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin və Türk Ağsaqqalları İctimai Birliyinin üzvü, ehtiyatda olan mayor Natiq Əlisoyun iştirakı ilə 26 iyun Silahlı Qüvvələrin Yaranması Günü münasibəti ilə “N” saylı hərbi hissədə tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, qazilərimizə minnətdarlıq bildirilib. Tədbirdə çıxış edən Yevlax rayon İcra Hakimiyyəti Başçısının Müavini İlqar müəllim, şəhid anası Maral Əliyeva, müəllim Sərdar Məmmədov, Heydər Əliyev Mərkəzinin rəhbəri Qasımova Aygün Səyyaf qızı, Milli Qəhrəmanlar Tanıtım İctimai Birliyinin Yevlax şəhər nümayəndəliyinin sədri, Azərbaycan Bayrağı Ordenli, Vətən müharibəsi iştirakçısı, ictimai xadim, ehtiyatda olan mayor Mədəd Süleymanov, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, hərbi ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin üzvü, ehtiyatda olan mayor Natiq Əlisoy hərbi hissənin bütün şəxsi heyətini 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, onlara xidmətlərində və şəxsi həyatlarında uğurlar arzu edib, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına, siyasi fəaliyyətinə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə uğurlu rəhbərliyinə nəzər salınıb. Tədbirin sonunda hərbi hissənin şəxsi heyyəti mükafatlandırılıb, yazıçı Natiq Əlisoyun Heydər Əliyev fenomeni və ordu quruculuğu və müharibənin görünməyən qəhrəmanları adlı əsərləri hərbi hissənin rəhbərliyinə və Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Müavininə təqdim edilib, xatirə fotoşəkilləri çəkilib. Allah Ordumuzu qorusun, Allah Şəhidlərimizə rəhmət eləsin!

VETENQEHRƏMANLARİ.AZ saytının Yevlax rayon rəhbəri
Mədəd Süleymanov

Comments (0)
Add Comment