Azərbaycanla Pakistan hər zaman istər regionda, isərtsə də beynəlxaq aləmdə sülhü təşviq edir
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləyən Pakistan İslam Respublikası Vətən müharibəsi dövründə də Azərbaycanın yanında oldu. Qardaş Ttürkiyə kimi Pakistan da Azərbaycanın sevinc və kədərini paylaşdı. Hələ 2016-cı ildə qələbə qazandığımız Aprel döyüşləri zamanı qardaş ölkənin məsələyə münasibətini xatırlamaq yerinə düşərdi. O zaman Pakistan Prezidentinin katibi Əhməd Fərrux demişdi: “Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir”. Vətən müharibəsinin ilk günündə isə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yaydı: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. Bundan əlavə sentyabrın 30-da Pakistan Senatının rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşılıb. 2020-ci il oktyabrın 18-də Pakistan İslam Respublikasının Baş naziri rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb. 2020-ci il dekabrın 30-da Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün əlil arabalarının təqdim olunması mərasimində iştirakı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində Qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib.
Vətən müharibəsidən sonra Prezident İlham Əliyev bir neçə dəfə çıxışlarında bu dəstəyə görə Pakistan xalqına təşəkkür edib. İyunun 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bir daha Pakstanın Azərbaycana bu siyasi və mənəvi dəstəyini xüsusi qeyd edib: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”.
Ermənistanın Azərbycana təcavüzünə və işğalçı siyasətinə görə bir sıra ölkələr onunla diplomatik əlaqə qurmayıb. Bunlardan biri də Pakistan İslam Respublikısıdır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də bəyanatında bunu xüsusi vurğularaq deyib ki, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Bu, Pakistanla Azərbaycanın qardaşlığının əsl göstəricisidir. Azərbaycan dövləti və xalqı Pakitsanın bu qardaşlığını unutmur. Müharibə günlərində Pakitsana ürəkdən gələ təşəkkür olaraq bizim şəhərlərimizdə xalqımız Türkiyə ilə bərabər Pakistan bayraqlarını da dalğalandırmışdır.
Azərbaycan 44 günlük müharibədə ona siyasi və mənəvi dəstək göstərən dost dövlətlərlə əməkdaşlığı daha da gücləndirib. Bu baxımdan Pakistanla da münasibətlərə böyük diqqət və xüsusi əhəmiyyət verilir. Azərbaycan və Pakistan hər zaman istər regionda, isərtsə də beynəlxaq aləmdə sülhü təşviq edir. Azərbaycanla Pakistan çox güclü strateji, iqtisadi və diplomatik münasibətlərə malikdir. Vətən müharibəsindən sonra bu münasibətlər böyük güc qazanıb. Müxtəlif sahələr üzrə, o cümlədən müdafiə sahəsində Azərbaycan və Pakistan arasında əməkdaşlıq gündən-günə inkişaf etməkdədir. Prezident İlham Əliyev bəyanatında deyib ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Bu əməkdaşlığın daha da möhkəmlənməsi dünyada sülhün yaranmasına öz töhfəsini verəcək.
Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi