Bu günlərdə ABŞ-ın Florida ştatının Tampa şəhərində güləş üzrə beynəlxalq turnir keçirilib. “Diaspornews.az” xəbər verir ki, yarışda Özbəkistandan da U-20 yeniyetmələrdən ibarər komanda iştirak edib. Komandanın məşqçisi tanınmış azərbaycanlı güləşçi Mehdi Hüseynov olub. Özbəkistan komandası yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal, eləcə də kəmər qazanıb. Ümumi siyahıda komanda 3-cü fəxri yeri tutub və SPARTAN kuboku ilə mükafatlandırılıb.