İyunun 03-də Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndə heyyəti Gəncə şəhəri 3-saylı xəstəxanasında müayinə və müalicə alan müharibə əlillərimizə, veteranlarımıza baş çəkmiş və onlara göstərilən xüsusi diqqət və qayğı ilə yaxından tanış olmuşdurlar.Gəncə şəhər 3-saylı xəstəxanasının Pisixatriya şöbəsinin baş həkimi Mirzəyeva Elmira Mirzə qızı Vətən uğrunda qəhrəmanlıq göstərən həssas təbəqəyə mütəmadi olaraq öz kollektivi ilə birlikdə göstərdikləri xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Milli Qəhrəmanarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri Vətən müharibəsi iştirakçısı “Azərbaycan Bayrağı” ordenli mayor Mədəd Süleymanovun tərəfindən FƏXRİ DİPLOMLA təltif edilmişdir.
Vetenqehremanlari.az saytının Yevlax rayon üzrə müxbiri Mədəd Süleymanov.