AMEA-nın Mərkəzi Elmi Kitabxanasında hüquq elmləri doktoru, professor Arif Quliyevin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Xalqın atası” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, elm, təhsil, KİV və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Heydər Əliyevin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, xalqına sıx bağlılığın, milli dövlətçilik ideologiyasına sadiqliyinin canlı təcəssümünə çevrilib. Geniş biliklər və dərin təfəkkürə malik olan Heydər Əliyev düşünülmüş və qətiyyətli addımları ilə təkcə müstəqillik uğrunda mübarizə dövründə deyil, hər zaman Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə narahat edən məsələləri uğurla həll edirdi”, – deyə nəşrin müəllifi təqdimat mərasimində qeyd edib.
Kitaba Arif Quliyevin Ukraynada və Azərbaycanda nəşr olunan əsərləri daxil edilib.