Azərbaycan-Bolqarıstan münasibətləri dinamik inkişaf edir

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Bolqarıstan Respublikasına rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanmışdır.  Dövlət başçısının bu səfəri Azərbaycan-Bolqarıstan əlaqələrinin tarixini, bu gününü və gələcək perspektivini yenidən gündəmə gətirib. Öncə qeyd edək ki, Bolqarıstan həm Avropa İttifaqına, həm də NATO-ya daxil olan ölkədir, bu baxımdan İlham Əliyevin səfəri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür.

Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib tərəflərindən biridir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan münasibətləri ötən dövrlərdə iqtisadi, siyasi, enerji, humanitar və başqa sahələr üzərində ardıcıl inkişaf edib. Bolqarıstan Azərbaycan Respublikasını Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaşkimi tanıyır. Məhz buna görədir ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrini prioritet məsələ kimi davamlı hesab edir. Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşündə Bolqarıstan Prezidenti Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi və “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə etdi. Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırırıb. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək.

Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Comments (0)
Add Comment