Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti, Moskva Veteranlar Komitəsi və Kommunist Partiyasının Dövlət Dumasında fraksiyası Stalinqrad döyüşündə Qələbənin 80 illiyinə həsr olunmuş birgə tədbir təşkil edib. Tədbir Birlik Evinin sütunlü salonunda keçirilib. Gecədə Böyük Vətən Müharibəsi veteranları, Stalinqrad döyüşünün iştirakçıları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Tankçı Dmitri İvanoviç Ryazantsev üçün Qırmızı Ulduz və Qırmızı Bayraq ordenləri xüsusilə əzizdir. Stalinqrad döyüşünə görə onları təltif ediblər. Yaşlarının çox olmasına baxmayaraq, ağ saçlı qəhrəmanlar bu gün döyüşləri, əsgər yoldaşlarını, qorxmaz komandirləri bir daha xatırlayıblar. Bu komandirlərdən biri də tank qoşunlarının qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov idi.
Azərbaycan İkinci Dünya müharibəsi qəhrəmanlarının, Stalinqrad döyüşünün qəhrəmanlarının xatirəsini əziz tutur. Və bu tədbirdə Stalinqrad döyüşünün veteranı Fatma Səttarova və əfsanəvi tank komandirinin nəvəsi Həzi Aslanov iştirak edib. Videokörpü vasitəsilə onlar tədbirin qonaqları ilə ünsiyyətdə olublar. Tamaşaçılar Lənkəran şəhərindəki Həzi Aslanov muzeyinin evindən Nəsirova Həcərin çıxışını maraqla dinləyiblər.
Təşkilatımızın aparıcı üzvü olan gözəl İrina Silinanı xüsusilə qeyd etmək istərdik. Tədbirin hazırlanmasında və təşkilində İrina Cəfərovnanın böyük əməyi olub.
Tədbirdə İkinci Dünya müharibəsi veteranları, Stalinqrad döyüşünün iştirakçısı, əfsanəvi Roxlina Mariya Mixaylovna, Kuropatkov Yevgeni Nikolayeviç, Ryazantsev Dmitri İvanoviç və digər Böyük Vətən Müharibəsi veteranları iştirak ediblər. “AzerRos”un prezidenti Xanoğlan Əliyev və Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Əli Kazımov çıxışlarında bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamasını bildib, veteranları Azərbaycan diasporu adından təbrik ediblər.
Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmin axşam Sütunlar zalında canlı qəhrəmanlar üçün gənc nəsil tərəfindən minnətdarlıq ifadə olunub. Kursantlar və Gənclər Ordusunun üzvləri bu gün veteranları təbrik edib, onların qələbə hekayələrini diqqətlə dinləyiblər.
Tədbir müharibə illərinin təsirli musiqi kompozisiyaları ilə başa çatıb.
İlham Tağıyev,
Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin mətbuat xidmətinin rəhbəri