İki tərəfli əlaqələrin dərinləşməsinə xidmət edən səfər

Türk dünyasının inkişafı, bu çətir altında birləşən dövlətlərin əlaqələrinin dərinləşməsi zamanın tələbidir. Artıq bu istiqamətdə davamlı addımlar atılır. Mühüm nəaliyyətlər əldə olunmaqdadır. Bu məqsədlə Azərbaycan-Tacikistan münasibətləri, iki ölkə arasında olan siyasi və iqtisadi münasibətlər bir sıra aspektlər baxımından əhəmiyyətlidir. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına növbəti səfəri ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə xidmət edir. Belə ki, danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətraflı nəzərdən keçirilmiş, hər iki ölkə üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlər Azərbaycan-Tacikistan əlaqələrinin hüquqi bazasının möhkəmləndirilməsini və tamamlanmasını təmin edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında bir sıra məsələlərə aydınlıq gətirdi. “Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir” qeyd edən Azərbaycan Prezidenti onu da bildirdi ki, bu günkü uğurların əldə olunmasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur.
Cənab Prezident iki ölkə arasında münasibətlərə diqqət çəkərək vurğuladı ki, əldə olunan razılaşmalar ümumi region üçün mühüm əhəmiyyət kəsb edir: “Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Məhz mədəniyyət sahəsində qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd etmək istərdim. Xalqlarımız əsirlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər”.

Onu da qeyd edək ki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri də əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Comments (0)
Add Comment