“Güney Azərbaycanın Türk dünyasında yeri: Paniranizm ideologiyasının real təhlükəsi” adlı konfrans keçirilib

Türk Ağsaqqalları Birliyi-TAİB-in mərkəzi ofisində “Güney Azərbaycanın Türk dünyasında yeri: Paniranizm ideologiyasının real təhlükəsi” adlı konfrans keçirilib. Misiya.Az xəbər verri ki, konfransda millət vəkili Razi Nurullayev, türk dünyasının tanınmış yazarı, “Kərkük” Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi, təşkilatın İdarə Heyətinin, Qadınlar Şurasının, Gənclər Təşkilatının üzvləri, qonaqlar və media nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan TAİB-in Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Güllü Yoloğlu Güney Azərbaycanın türk dünyasındakı yerindən danışıb. Güneydəki türklərin problemlərindən söz açan natiq bildirib ki, Şimali Azərbaycan istər dil, istərsə də ərazi baxımından türk dünyasını birləşdirən bir körpüdür. İllər keçdikcə bu körpü daha da möhkəmlənir, əhəmiyyəti artır. İranın düşmənçilik mövqeyindən bəhs edən Güllü Yoloğlu son zamanlarda iki ölkə arasındakı münasibətlərin gərginləşməsindən, anti-Azərbaycan hərəkatının güclənməsindən, baş verən önəmli hadisələrdəki rolundan danışıb. Millət vəkili Razi Nurullayev bildirib ki, İran Azərbaycanın ikinci müstəqillik illərindən bu tərəfə, daim düşmənçilik mövqeyində olub. “İranla bagli biz otuz ilə yaxındır ki, danışırıq, lakin bu illər ərzində heç nə dəyişməyib. İran bizim düşmənlərimiz olan ermənilərlə birlikdə daim düşmən mövqeyində oldu. 44 günlük müharibə dövründə də biz İranın məkrli siyasətinin bir daha şahidi olduq. İran bu gün daha çox Azərbaycanın İsraillə olan münasibətlərinə qarşı çıxır. İran Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırsa da özü Ermənistana qucaq açır, İsraili isə sionist dövlət olaraq qələmə verir”. Müharibədən sonra da İranın yenə də orada olan separatizmi qidalandırmaq üçün Ermənistanı ərzaq, silah-sursatla təmin etməyə davam etməsindən danışan millət vəkili bildirib ki, İranın istəyi o idi ki, Azərbaycanın hələ də rus sülhməramlılarının nəzarətində olan ərazisində hərbi təlimlər keçərək və İrəvanı yenidən Azərbaycana qarşı müharibəyə hazırlasın…Millət vəkili çıxışında Türkiyə-Azərbaycan münasibətlərinə də toxunub, gəncləri daha diqqətli olmağa çağırıb. Sonra söz alan TAİB-in İdarə Heyətinin üzvü, “Kərkükün susmayan səsi” statusunu alan türkmən fədaisi Şəmsəddin Kuzəçi türk dünyasının qlobal problemlərindən söz açıb. İraqda baş verən hadisələri şərh edən yazar İranda yaşayan türklərin də problemlərinə toxunub. Ən çox mədəni əlaqələrin inkişafından və keçdiyi böyük mübarizlik yolundan danışan türkmən fədaisi Azərbaycanın qüdrətli ölkə olaraq Güneydəki soydaşlara, orda yaşayan türk xalqlarına da sahib çıxmasını təqdir etdiklərini bildirib: “Mənim Azərbaycana gəlişim öz yurduma gəlişimdi. Dili bir, dini bir qardaşlarımın çoxuyla müxtəlif yerlərdə tədbir, konfrans və səfərlərfdə olmuşam. Bu gün TAİB-in İdarə Heyətinin üzvü kimi iulk dəfədir ki ofisimizi ziyarət edirəm. Bizə Azərbaycanda elə bir doğmalıq göstərirlər ki, öz evimizdəki kimi özümüzü fərah hiss edirik. Mən əsasən təşkilatımızın fəaliyyətinə toxunmaq istəyirəm. Təşkilatın ilk üzvlərindən biri olaraq TAİB-in türk dünyasında keçirdiyi böyük, əhəmiyyətli konfranslar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, öz dövlətinə dəstək olmağa çalışmasının bariz nümunəsidir. Biz belə təşkilatlarda birləşərək problemlərimizi yenə bilərik. Hədəfimiz bəlli, yolumuz bəllidir! Allah türk dünyasını qorusun”. Başqa çıxışçılar da öz çıxışlarında Güney Azərbaycanın bu günkü durumundan, problemlərindən söz açıblar.

Comments (0)
Add Comment