“”Togg” avtomobilinin dünya miqyasında uğur qazanacağına şübhə yoxdur – QHT sədri

Türkiyənin son illər dünya siyasi səhnəsində vacib və həlledici güc mərkəzinə çevrilməsi, söz sahibi olması, artıq hər kəs – dostlar və düşmənlər tərəfindən belə etiraf edilir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Bütün proseslərdə, xüsusilə də reional konfliktlərin həlli və təhlükəsizliklə bağlı məsələlərdə Türkiyə mövqeyi önəmlidir. Bu fakt bütün türk dünyasını, əminəm ki, ən çox da Azərbaycanı sevindirir və gücümüzə güc qatır.

Türkiyənin bu uğurları getdikcə artır və daha geniş sahələri əhatə edir.  Qürurverici haldır ki,  artıq Türkiyənin adı ən müasir, ən böyük, ən etibarlı və s.  körpülərin, hava lanalarının, istehsal müəssisələrin tikilməsi, müasir texnologiyaların tədbiqi və inkişafı, yeni  istehsal sahələrinin yaradılmaası və s. məsələlərdə birincilər sırasında çəkilir.

Dünya silah bazarında iddialı gücə çevrilən  Türkiyənin milli hərbi silah texnologiyaları məhsulu olan silah və avadanlıqları artıq brendə çevrilərək, ciddi rəqabət yarada bilib. ASELSAN, ROKETSAN və s. kimi əhəmiyyətli markaların yeni istehsal texnologiyaları barədə məlumatları hər kəs bilir. “Bora-12” snayper tüfəngi, MPT-76 Milli piyada tüfəngi və s.  Türkiyə Silahlı Qüvvələri tərəfindən son illərdə terrorizmə qarşı mübarizə uğurla sınaqdan çıxmışdır.  TR-300 “Kasırga” YARS-larının  (yaylım atəşli reaktiv sistem), ANKA-S PUA-larının, ATAK helikopterlərinin, SOM raketlərinin, “Koral” Mobil Radio-Elektron Mübarizə Sistemlərinin, “Kayı” Türkiyə Təhlükəsizlik Sisteminin, “Fırtına” Özüyeriyən Artilleriya Qurğusunun , “Cirit” raketlərinin, UMTAS Raketlərinin, ARMA zirehli daşıyıcılarnın və s.   silahların artıq bu gün TSQ tərəfindən real döyüşlərdə istifadə edilməsi, türk hərbinin gücünü nümayiş etditməkdədi.

“Bayraktar TB2”-lər və  “Qızıl Alma”  isə dünyada geniş rezonans yaradıblar.  Bir çox döyüşlərdə, ələlxüsusda 44 günlük müharibədə Qarabağda döyüşlərin gedişatında əhəmiyyətli rol oynamış türk “SİHA”ları dünyanın fərqli ölkələrində maraq göstərilir. “SİHA”lara maraq göstərən ölkələr, ö cümlədən,  NATO üzvü olan ölkələr bu silahların etibarlılığına, istehsalın keyfiyyətinə və döyüş üstünlüyünə şübhə etmirlər.

Bu sözləri KİV-ə açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.

Onun sözlərinə görə, Türkiyə xalqının istedadı və əməyi nəticəsində ərsəyə gələn, qardaş ölkənin  ilk yerli elektromobili olan “Togg”un istehsalına başlanması isə Türkiyənin iqtisadiyyatında, müasir texnologoyaların tədbiqi və inkişafı sahəsində yeni səhifə açır: “Toğğ-un texniki və istehsal üstünlüklərindən danışmağa ehtiyac duymuram, ona görə ki, bu barədə kifayət qədər məlumatlar yayılıb, bu avtomobilin dünya miqyasında uğur qazanacağına şübhəm yoxdur. Amma onu qeyd etmək vacibdir ki, bu Türkiyədə yalnız hərbi sənayedə deyil, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğuna, elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir. Əminəm ki, Türkiyə hərbi sənaye sahəsində artıq öz sösünü dediyi kimi, bu sahədə də böyük uğurlar qazanacaq, etibarlılıq, keyfiyyət baxımından qabaqçıl mövqelərə yiyələnəcək. Həmçinin bu istiqamətdə fəaliyyət daha da inkişaf etdiriləcək, ilbəil öz dövrünün tələblərinə cavab verən yeni-yeni daha mükəmməl modellərin istehasalına nail olunacaq.

Azərbaycanın qardaş ölkə ilə həm hərbi, həm siyasi, həm iqtisadi və s. sahələrdə “bir millət iki dövlət” müstəvisində qurulmuş unikal münasibətləri, nəinki ölkələrimiz daxilində, hətta digər ölkələr tərəfindən də qəbul edilir. Bu baxımdan əlbəttə ki, Türkiyənin uğuru həm də bizim uğurumuzdur. Ümumiyyətlə Türkiyənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

İnanıram ki, Azərbaycanla Türkiyə hərbi sənaye sahəsində də bərabər addımladıqları kimi, bu sahədə də bərabər addımlayacaq.

Şübhəm yoxdur ki, “Togg” həm də Azərbaycanın avtomobil bazarında mühüm yer tutacaq, bizim avtohəvəskarlar da bu möhtəşəm nəqliyyat vasitəsinin bəyənəcək, onu əldə etmək imkanı yaradılan vətəndaşlarımız  böyük məmnuniyyətlə istifadə edəcəklər. Digər tərəfdən inanıram ki, bu texnologiyanın bazasında,Azərbaycanda da müştərək istehsal sahələri yaradılmasına, ölkəmizin də bu sahənin inkişafına, avtomobil istesalı sənayesinin qurulmasına və inkişaf etdirilməsinə şərait yaradılacaq”.

Comments (0)
Add Comment