Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirilən, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi tərəfindən “Həssas əhali qruplarının – müharibə iştirakçılarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmə” dördaylıq layihə martın 1-dən həyata keçirilir.
“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeyalova layihə haqqında geniş açıqlama verib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını, cəmiyyətin həyatında vətəndaşlara bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatı sistemi olaraq sosial cəhətdən həssas əhali qruplarının – I və II Qarabağ müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin üzvlərinin maraq və mənafelərinə cavab verən, onların sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarını yaradılmasını təmin edən sosial xidmətlər sosial müdafiə sisteminin tərkib hissəsi olaraq geniş kütlələrə tanıdılmalıdır. Hər bir vətəndaş kimi, həsas qruplara aid edilən şəxslər də öz arxalarında güclü sosial təminatlar verən dövlətin olduğunu, onun geniş imkanlarını tanımalıdır.
Son iki ildə Covit-19 koronavirus pandemiyasının yayıldığı, dünyada iqtisadi-sosial problemlərn, geo-humanitar böhranların dərinləşməsinə rəğmən, respublikamızda əksər istiqamətlər üzrə inkişaf dinamikasının artmasını, eləcə də 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qazandığı tarixi qələbədən sonra, ölkəmizdə bütün sosial proqramların icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının dövlət qayğısı ilə əhatə olunması, əmək hüquqlarının müdafiəsi, aktiv məşğulluq tədbirlərinin təşkili, pensiya və sosial-təminat, tibbi-sosial ekspertiza sistemlərinin təkmilləşdirilməsi yönündə islahat tədbirlərin uğurlarını geniş əhali qruplarına tanıtmaq vacibdir..
Respublikamızda cəmiyyətin həssas kateqoriyasına aid edilən qruplarının sosial xidmət və təminat hüquqları var: onlara əsasən hər bir vətəndaş müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Son 20 ildə əhaliyə sosial xidmətlərin göstərilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər ölkənin sosial xidmət sisteminin inkişafının təmin edilməsi məqsədilə dövlət büdcəsindən davamlı maliyyə vəsaiti ayrılası, sosial xidmətlərlə bağlı münasibətləri tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul edilməsi, ağır məişət şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində rəsmi siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə yaranan münasibətlərinin tənzimlənməsi məqsədilə qəbul edilən “Sosial xidmət haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” “Şəhid ailələri haqqında” Azərbaycan Respublikasının digər qanunların geniş ictimaiyyətə çatdırılmasında İKT texnologiyalarından yararlanmaq çox məntqli addımdır.
Azərbaycan dövlətinin sosial cəhətdən həssas əhali qruplarına münasibətdə sosial siyasətinin əsas istiqamətlərindən birini onların cəmiyyətin digər üzvləri ilə bərabər şəkildə informasiya axtarmasını, qəbul edilməsini və ötürə bilməsini təmin edən şəraitin yaradılması təşkil edir. Son illər ərzində müvafiq beynəlxalq təşkilatlar və aidiyyəti dövlət qurumların maliyyə dəstəyi ilə qeyri-hökumət təşkilatları tərəfindən sosial cəhətdən həssas əhali qruplarına ünvanlanmış sosial müdafiəsi və dəstək tədbirləri çərçivəsində ictimai maarifləndirmə fəaliyyətini daha da gücləndirilməsi bir vəzifə olaraq qəbul edilir. Azərbaycan dövlətinin tərəfindən qəbul edilən konvensiyalarda məlumatlandırma tədbirlərinin həyata keçirilməsi öhdəliyi müəyyən edilmişdir. Konvensiyaların, beynəlxalq sənədlərin tələbinə görə xüsusi qayğıya ehtiyacı olan insanlar məlumatlandırılmalı, onların hüquqlarına, şərəf və ləyaqətlərinə, bacarıqlarına və verə biləcəyi töhfələrə hörmət hissi gücləndirilməli, onlar haqqında məlumat xarakterli tədbirlər həyata keçirilməlidir. Üzv ölkələr kütləvi informasiya vasitələri ilə ictimai məlumatlandırma və əlilliyi olan şəxslərin, eləcə də cəmiyyətin digər üzvlərinin konvensiya və burada əks olunan hüquqlara dair məlumatlandırılması istiqamətində tədbirlər həyata keçirməlidirlər. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə (mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan insanlar, əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə sahəsində tədbirlərin görülməsi öz əksini tapmışdır.
Layihənin ideyası və qısa təsviri
İnternet, yeni media, sosial şəbəkələr, eləcə də “Fərddən-fərdə məlumatları ötürməklə” formasından yararlanaraq, ölkəmizin həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında dövlət, eyni zamanda Heydər Əliyev Fondu kimi rəsmi təşkilatların və ictimai qurumlar tərəfindən bu istiqamətlərdə həyata keçirilən proqramların, fəaliyyətlərin, layihələrin, sosial siyasətin təbliğ edilməsi. Sosial dövlət quruculuğu, xalq-iqtidar vəhdəti, vətəndaş cəmiyyəti və hökümət münasibətlərində həssas qrupa daxil olan şəxslərin, onların ailə üzvləri və yaratmış olduqları ictimai birlikləri cəlb etməklə, ölkənin daxili humanist sosial siyasətin incəlikləri, təbliğiatında ən yeni İKT texnologiyalarından, sosial şəbəkə alətlərindən yararlanmaqla, həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasına ehtiyac duyulur. Qarabağın dirçəlişi üçün qaçqın və məcburi köçkünlərə mənəvi dəstək vermək, həssas qruplar sayılan qazi, əlil, şəhid ailələri və onların üzvlərinin dövlətimizin sosial siyasətini dəstəkləmək, motivasiya xarakterli fəaliyyətlər həyata keçirməklə hər hansı mənfi təsirlərin qarşısını almaqdan ötrü dövlətçilik ideologiyasını gücləndirilməsi vacibdir. İnternet, TV, KİV, yeni media və sosial şəbəkələr, elektron kitabxana, başqa informasiya platformalarında sosial xidmətlər haqqında məlumatların tanıtımlarını hazırlamaq, onları yayımaq, sadə dildə yazılmış təbliğat xarakterli kağız və e-nəşrlərin hazırlanması aktual məsələdir. Sosial siyasətimizə aid həssas istedadlı fərdlərin və sosial müdafiəyə, cəmiyyətə inteqrasiya olunmasına ehtiyacı olanları dəstəkləyən tanınmışların ştirakı ilə ictimai mesajlar ötürüləcək silsilə TV verilişlərin hazırlanaraq yayımını təşkil etmək, elektron nəşrlər və şəbəkə məhsulları, sosial şəbəkələrdə bu mövzuda Virtual Məlumat və Resurs mərkəzinin yaradılması, qazilər, şəhidlər və Qarabağ veteranlarının, iştirakçılarının igidliklərinə, qəhrəmanlıqlarına həsr olunmuş real/onlayn ədəbi müsabiqələrin təşkili, onun nəticəsi olaraq kağız/elektron toplunun nəşri, e-nəşrlərin hazırlanaraq elektron kitabxanadakı xüsusi bölümdə yerləşdirilməsi/yayımı, maarifləndirici aksiyaların təşkili ilə qoyulan məqsədə çatmaq.
Layihənin məqsəd və vəzifələri
1. Ölkəmizin həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə həyata keçirilən fəaliyyətin təbliğ ediləcək;
2. KİV, İKT, İnternet, sosial şəbəkələr, yeni media, onlayn TV, bloqqerlik və elektron nəşrlər vasitəsi ilə həssas əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmacaq;
3. Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı informasiya mühitinin yaradılması istiqamətində ölkə daxilində və beynəlxalq aləmdə real/virtual aksiyaların təşkil ediləcək;
4. Qarabağ Vətən müharibəsi iştirakçıları, qaziləri, şəhid ailələrinin üzvlərinə göstərilən dövlət qayğı və sosial müdafiə Qarabağın erməni sakinlərinə ideoloji təsir vasitəsi kimi təbliğat vasitəsinə çevirməklə Qarabağın Dirçəlişi Proqramının həyata keçirilməsi istiqamətində dövlət başçımızın siyasətinə – həssas qrupların, veteran və əlillərin müştərək dəstəyi kimi tanıdılacaq.
5. Son müharibə iə əlaqədar əlilliyi olan şəxslərin hüquqları və onların təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin genişləndirilmiş formada aparılacaq;
6.Həssas qrupların və xüsusi qayğıya ehtiyacı olan şəxslərin psixoloji-mənəvi inkişafı ilə bağlı kreativ xidmətlərinin təşkili, müharibə qəhrəmanları, iştirakçıları, şəhidlərinin tarixi rolunu cəmiyyətdə özünüifadə və sosial uyğunlaşmanın formatı kimi inkişaf etdirilməsinə yardım ediləcək;
7. Həssas qrupların və xüsusi qayğıya ehtiyacı olan şəxslərin və şəhid ailələrin üzvlərinin, əlillərinin cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması üçün innovativ və kreativ proqramlar, aksiyalar işlənəcək;
8. Sosial xidmət sifarişi çərçivəsində həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlət tərəfindən bu sahədə həyata keçirilən fəaliyyəti təbliğ ediləcək və o əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsi artırılacaq;
9. Bu istiqamətdə kütləvi informasiya vasitələrində, xüsusən İnternet portallar, yeni media, onlayn/oflayn TV, video yayım şəbəkələri və sosial platformalarda, ənənəvi televiziya kanallarında vasitəsilə geniş təbliğat-təşviqat kampaniyasının təşkil ediləcək.
Görüləcək işlər
1) Layihə fəaliyyətinə hazırlıqlar. İnternet, yeni media, sosial şəbəkələr, eləcə də “Fərddən-fərdə məlumatları ötürməklə” formatından yararlanaraq ölkəmizin həssas əhali qruplarının –şəhid ailələri, qazilər, veteranlar və onların ailə üzvlərinin sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi;
2) Ənənəvi elektron KİV – telekanallar, İnformasiya-Komunikasiya Texnologiyaları, İnternet, sosial şəbəkələr, yeni media, onlayn TV, bloqqerlik, kağız və elektron nəşrlər vasitəsi ilə həssas əhali qruplarının – şəhid ailələri, qazilər, veteranlar və onların ailə üzvlərinin sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılması.
3) Həssas əhali qruplarının – şəhid ailələri, qazilər, veteranlar və onların ailə üzvlərinin sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı informasiya mühitinin yaradılması istiqamətində ölkə daxilində və beynəlxalq aləmdə, İnternet, sosial şəbəkələr, videoplatformalar vasitəsilə real/virtual aksiyaların təşkili;
4) Qarabağ Vətən müharibəsi iştirakçıları, qaziləri, şəhid ailələrinin üzvlərinə göstərilən dövlət qayğı və sosial müdafiə imkanlarının, Qarabağın erməni sakinlərinə ideoloji təsir vasitəsi kimi təbliğat vasitəsinə çevirməklə, Qarabağın Dirçəlişi Proqramının həyata keçirilməsi istiqamətində dövlət başçımızın siyasətinə QHT-lərin, həssas qrupların, veteran və əlillərin müştərək dəstəyi kimi tanıdılması.
5) Son müharibə ilə əlaqədar şəhid ailələri, qazilər, veteranlar və onların ailə üzvlərinin hüquqları və onların təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin genişləndirilmiş formada aparılması.
6) Həssas qrupların və xüsusi qayğıya ehtiyacı olan şəxslərin psixoloji-mənəvi inkişafı ilə bağlı kreativ xidmətlərin təşkili, müharibə qəhrəmanları, iştirakçıları, şəhidlərinin tarixi rolunu cəmiyyətdə özünüifadə və sosial uyğunlaşmanın formatı kimi inkişaf etdirilməsinə yardım etmək;
7) Həssas qrupların və xüsusi qayğıya ehtiyacı olan şəxslərin, qazi və şəhid ailələrin üzvlərinin, veteranların cəmiyyətə asan inteqrasiyası üçün informasiya mühitinin yaradılması üçün innovativ və kreativ proqramların, aksiyaların işlənməsi, həyata keçirilməsi.
8) Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlət tərəfindən bu sahədə həyata keçirilən fəaliyyəti təbliği: bu əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsi artırılması.
9) Bu istiqamətdə kütləvi informasiya vasitələrində, xüsusən İnternet portallar, yeni media, onlayn/oflayn TV, rəqəmsal nəşrlərin hazırlanması, yayımı, kütləvi kağız kitab və bükletin çap edilməsi, ictimai təqdimatı, yayımı, elektron kitabxana, video yayım şəbəkələri və sosial platformalarda, ənənəvi televiziya kanallarında vasitəsilə geniş təbliğat-təşviqat kampaniyalarının təşkili.
10) Layihə fəaliyyəti, görülən işlər, işlək mexanizmi, vəzifələri, işinin məzmunu və üsulları barədə ictimaiyyətə mütəmadi geniş məlumatların verilməsi. KİV, mətbuat, İnternet portalları, elektron kitabxana, yeni media və onlayn/oflayn TV-lər və sosial şəbəkə resurslarında yerləşdirilmsi və azad yayımının təşkili.
Gözlənilən nəticələr və layihənin davamlılığı
1) Azərbaycanın Respublikasında dövlət sosial siyasət və həssas qruplarına dövlət qayğısı, imkanlarının mahiyyətinin təbliğ olunması, yeni maarifçilik aksiyaların həyata keçirilməsi nəticəsində geniş ictimaiyyət, xüsusilə də həssas qruplara aid edilən insanlar arasında məlumatlandırma daha da yüksələcək;
2) Həsas qrupların nümayəndələri, eləcə də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək şəhid olmuş şəxslərin ailə üzvlərinin və öz sağlamlıqlarını itirmış şəxslərin hüquqlarının müdafiəsi istiqamətində materialların hazırlanması və təşviqat kampaniyasının aparılması nəticəsində onların bu sahədə məlumatlılıq səviyyəsi daha da artacaq;
3) Sosial xidmət sifarişi çərçivəsində həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlət tərəfindən bu sahədə həyata keçirilən fəaliyyəti təbliğ ediləcək və o əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsi artırılacaq;
4) Kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin aparılması nəticəsində cəmiyyətdə həssas insanlar, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması sahəsində dövlət səviyyəsində görülən işlər barədə ətraflı və pozitiv fikir formalaşacaq.
5) Bu sahədə maariflənmə və məlumatlanma istiqamətində yeni kitab, elektron nəşr, TV verilişlər, sosial media məhsulları, video-vizual materiallar, İnternetdə məlumatlandırma və şəbəkə resursları yaradılacaq.
6) QHT layihəni yerinə yetirəndən sonra da bu istiqamətdə fəaliyyətini davam etdirərək cəmiyyətin mərhəmətə ehtiyacı olan həssa qruplarına xidmət göstərəcək.
Həsas qruplarla sosial mövzudakı bu layihənin geniş kütlələri əhatə etməsi, təbiği və ictimaiyyətə çatdırılması işi dəqiq işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir. Ölkə daxilində və dünyada Azərbaycanın möhtəşəm Qarabağ Zəfəri ilə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olması üçün səylər göstəriləcək. Qlobal və lokal İnternet resurslarında, sosial mediada, saytlarda, TV və mətbuatda mövzu, eləcə də layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, debatxarakterli reportaj və süjetlər hazırlanacaqdır. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq.
Hidayət – Ayxan Əbilli
“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin Media bölümü