“Dövlət təhlükəsizliymizin əmin əllərdə olması hər bir Azərbaycan vətəndaşında güvən və qürur hissi yaradır”

“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının peşə bayramıdır. Azərbaycanın təhlükəsizliyinin keşiyində duran görünməz qəhrəmanlarımızın dövlətçiliyimizin qarşısında misilsiz xidmətləri var”. Bu fikirləri Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi və Missiya media qrupunun rəhbəri Ramin Əhmədov deyib. R.Əhmədov bildirib ki, Azərbaycan DTX-sı uzun inkişaf yolu keçib və ciddi tarixi bazaya malikdir: “Xatırladaq ki, sovet dönəmində Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları daha çox başqa millətlərin nümayəndələrindən, eyni zamanda ermənilərdən təşkil olunmuşdu. Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarına rəhbərlik etməyə başlayandan sonra bu sahədə milliləşdirilmə aparıldı. Bununla da Azərbaycan təhlükəsizlik orqanlarının tarixində yeni dönəm başladı. Bu gün cənab Prezident İlham Əliyev Azərbaycan təhlükəsizlik orqanlarının maddi-texniki bazasının, peşəkarlığının artırılması istiqamətində önəmli addımlar atıb. Məhz bunun nəticəsidir ki, bu gün təhlükəsizlik orqanlarımız Azərbaycana qarşı olan və təhlükəsizliyimizi təhdid edən bütün faktorların aradan qaldırılmasını uğurla həyata keçirir. Təhlükəsizlik orqanlarımız həm daxildə, həm də xaricdə Azərbaycanın milli maraqlarını qorumaq gücündədir. Təhlükəsizlik orqanlarımız Vətən Müharibəsi dönəmində də uğurlu əməliyyatları ilə yadda qaldı və bu gün də yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir. Dövlət təhlükəsizliymizin əmin əllərdə olması hər bir Azərbaycan vətəndaşında güvən və qürur hissi yaradır. Mən, dövlətimizi, cəmiyyətimizi kənar təsirlərdən yüksək peşəkarlıqla və ləyaqətlə qoruyan təhlükəszlik orqanları əməkdaşlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram!”.

Comments (0)
Add Comment