Martın 18-də Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası zəlzələ bölgəsində uşaqlarla oyunlar oynamaq üçün fəaliyyətə başlayıb. Bu haqda Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının sədri Mehmet Mutlu saytımıza məlumat verib.
“Antakya-Mərkəzdə Hatay Yeni Stadionun ətrafında Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) çadırları olan ərazilərdə uşaqlarımızla ənənəvi küçə oyunları oynadıq və onlara hədiyyələr verdik. Növbəti marşrutumuz Samandağ qəsəbəsi olacaq. Samandağ rayonunda uşaqlarımızın üzündəki təbəssümü görməyi arzu edirik”, – deyə Mehmet Mutlu bildirib.