Azərbaycan dünyada sülh, əməkdaşlıq və həmrəylik devizi ilə çıxış edir. Artıq bu deviz nəinki sözdə əməldə də öz təsdiqini tapır. Reallaşdırılan qlobal layihələr, beynəlxalq əməkdaşlıq Bakını sülh şəhərinə çevirib. Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısı bu timsalda həyata keçirilən mühüm tədbirlərdən biridir. Belə ki, tədbirə dünyanın bir çox ölkə başçıları və rəsmi şəxslərin iştirakı və keçirilən görüşlər, qəbul olunan qərarlar nəinki region eyni zamanda dünyanın diqqət mərkəzindədir.
Zirvə toplantısınında çıxış edən Dövlət başçısı İlham Əliyevin bir sıra qüvvələrin xüsusən də Fransanın yürütdüyü siyasətlə bağlı səsləndirdiyi fikirləri toplantı iştirakçıları və ümumiyyətlə dünya ictimayyəti üçün ismarıc idi: “Prezident İlham Əliyev qeyd etdi ki, BMT sistemində islahatların aparılmasına böyük ehtiyac var. Haqlı olaraq qeyd edilən bu məsələ Azərbaycanın üzləşdiyi işğal faktının uzun illər həll olunmamasından qaynaqlanır. Məlumdur ki, bu yöndə müəyyən qətnamələr olsa da Müzəffər Ordumuz 44 gündə məsələni həll etdi. Belə olan halda haqlı suallar meydana çıxır ki, BMT TŞ hansı iş görür və onların fəaliyyəti kimə lazımdır? Görünən odur ki. bu məsələdə maraqlı olan qüvvələr var. Onların da biri Fransadır. Hazırkı dönəmdə də işğalçıya dəstək verən Fransa zaman-zaman ikili bəyanatları, qəbul etdikləri qətnamələri ilə dünya ictimayyətinin gözünə kül üfürür. Cənab Prezident İlham Əlieyin çıxışında toxunduğu digər məqam da Fransanın ikili standartlardan çıxış etməsi ilə əlaqədar idi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, BMT-də bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağıran cənab İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məsələsinə də diqqəti yönəltdi. BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunur. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır”.
Qlobal məsələlərin həllində müstəsna qurum kimi tarixə düşən Qoşulmama Hərəkatı hazırkı dövrdə qlobal məsələlərin müzakirə olunduğu platforma kimi təsdiqləyir. Yeni reallıqlar dünya siyasətinin yenidən formalaşdırılmasını bir tələbə çevirir.
Azərbaycanın bu quruma sədrliyi dövründə görülən işlərin fonunda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılması növbəti uğurlardan xəbər verir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı