Bu gün Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Kazımov Əli Əliağa oğlunun doğum günüdür. Xalqımızın xətənpərvər oğlu, rəğbət göstərilən diaspor rəhbəri olan Əli Kazımov 1975-ci ildə Azərbaycanın Hcıqabul rayonundan, çoxuşaqlı ailədə doğulub, gözəl valideynlərindən layiqli tərbiyə alıb. Orta məktəbi Hacıqabulda bitirən Əli Kazımov üçün Rusiya ikinci Vətənə çevrilib. Moskva şəhər Qərb İnzibati Dairəsinin Oçakovo-Matveevskoe rayonunda əmək fəaliyyətinə başlayıb. Orada ilk ali təhsilini 2009-2014-cü illərdə Rusiya Vəkillik və Notariat Akademiyasında alıb. İkinci ali təhsilə isə 2019- 2022-cü illədrdə Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasıında yiyələnib. Əli Kazımov ailəlidir, dörd övladı var.
Əli Kazımovun ətrafında Rusiyanı və Azərbaycanın tarixi vətənini həqiqətən sevən mehriban vətənpərvər diaspor toplaşıb. O, 2017-ci ildən Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatına rəhbərlik edir. Bütün bu illər ərzində fəal şəkildə müxtəlif tədbirlər, dəyirmi masalar, xeyriyyə tədbirləri keçirib. Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov (bir küçəyə və bir metrostansiyayanın onun adının verilməsi təşəbbüsü ilə çıxış edib) Qafur Məmmədovun, Böyükağa Mehdiyevin xatirələrinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər keçirib. Qohumlarını itirmiş insanları axtaranlara dəfələrlə dəstək olub.
Qeyd edək ki, onun hər iki babası: Kazımov Əliağa Kazım oğlu və Əlicanov Ataş Miriş oğlu 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçıları olublar. Qardaşı Əliheydər Kazımov isə 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Bakıda qardaşının müəllim olaraq çalışdığı 228 saylı tam orta məktəb bu gün onun adını daşıyır.
“Vetenqehremanlari.az” olaraq Əli Kazımovu təbrik edir və ona cansağlığı, uzun ömur, xoşbəxtlik, ailə səadəti, bütün planlarının həyata keçirilməsi, daha da böyük yaradıcılıq uğurları arzulayırıq. Tanrı onu oğulları, qızı və ilk nəvəsinin uğurları ilə sevindirsin!