Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 29 yoluxma faktı qeydə alınıb, 77 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 827 min 667 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 314 nəfər müalicə olunaraq sağalıb, 10 min 68 nəfər vəfat edib. Aktiv xəstə sayı 285 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 129, bu günə qədər isə ümumilikdə 7 milyon 471 min 631 test icra olunub.