Rusiya Ordusunun Mərkəzi Evində “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

2022-ci il dekabrın 19-da SSRİ-nin yaranmasının 100 illiyi ərəfəsində Rusiya Ordusunun M.V.Frunze adına Mərkəzi Evinin Marşal Jukov zalında  “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı tərəfindən faşizm üzərində qələbədə Azərbaycanın xüsusi roluna həsr olunmuş “Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə nizami hərbi zabitlər – Rusiya ordusunun zabitləri, Moskva Müharibə Veteranları Komitəsi sədrinin birinci müavini Kulikov Vladimir Aleksandroviç, AzerRos-un prezidenti Xanoğlan Əliyev, partiya fraksiyalarının nümayəndələri iştirak ediblər.
Tədbir səmimi, mehribanlıq şəraitində keçib.
Tədbirdən sonra qonaqlar rəssamlar S.V. Borisov və general-leytenant N.N. Muxinin sərgilərinə baxıblar.
Sonda “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabını Rusiya Ordusunun Mərkəzi Evinə hədiyyə edib.

Comments (0)
Add Comment