“Narkomaniyaya YOX deyək, sağlam yaşayaq” adlı silsilə tədbirlər keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin “Narkomaniyaya YOX deyək, sağlam yaşayaq” adlı silsilə tədbirləri yekunlaşmışdır.
Layihə 5 tədbirdən ibarət olub. 2022-ci il 31 oktyabr tarixində Suraxanı Gənclər evində, 8 noyabr tarixində Qafqaz Biznes Mərkəzində, 24 noyabrda Dövlət Gömrük Xidməti Akademiyasında, 3 dekabr tarixində El-1 idman liqası mərkəzində seminar, 4 dekabr tarixində isə Daxili İşlər Nazirliyinin dəstəyi ilə Heydər Əliyev adına parkda aksiya baş tutmuşdur.
Qeyd edək ki, layihənin informasiya dəstəyi Aztv kanalı tərəfindən təşkil edilib.

Comments (0)
Add Comment