Azərbaycan və Küveyt arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq mövcuddur və iki dost ölkənin diplomatları bu sahədə əlaqələri daha da genişləndirmək əzmindədirlər.
AZƏRTAC xəbər verir ki, bu niyyət ölkəmizin Küveytdəki səfiri Emil Kərimovun Küveyt Dövlətinin xarici işlər nazirinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Əbdüləziz Saud Əl-Carallah ilə görüşündə ifadə olunub.
Azərbaycanın səfirinin Küveyt Dövlətinin xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi Məhəmməd Yaqub Hayati ilə görüşündə isə iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.