Kürdəmirdə şəhid Fərid Məmmədovun ailəsinə baş cəkilib

Kürdəmir rayonunun Şiximli kəndində dünyaya göz açan Vətən müharibəsi şəhidi Məmmədov Fərid Eyvaz oğlu həmişə hərbiçi olmaq arzusunda olub. Vaxtında adi bir təsadüfdən Naxçıvanski adına hərbi liseyə də qəbul ola bilməmişdi. Hərbi xidməti bitirdikdən sonra orduda qalaraq müddətdən artıq xidmət edən şəxs qismində qulluğunu davam etdirmişdi.

Vətən müharibəsi başlayanda Tərtər rayonu ərazisində hərbi hissələrin birində xidmət edirdi. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu.

Bu gün Millət vəkili Əminə Ağazadə şəhid Fərid Məmmədovun anası Kifayət xanımın qonağı olub. Şəhid anası övladı ilə bağlı xatirələrini danışıb, onun ömür yolu bir daha yada salınıb. Görüşdə Əminə xanım bir daha vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə yaşayacaq, dövlətimiz onların bizə əmanəti olan ailələrini daim diqqətində saxlayacaqdir.

 
Comments (0)
Add Comment