Oktyabrın 29-da Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı və rayon nümayəndəliklərinin rəhbərləri şəhid Milli Qəhrəman Əsəd Əsədovun şəhadətinin 31-ci il dönümü münasibətilə ailəsini ziyarət etdi. Qəhrəmanımızın döyüş fəaliyyəti və xatirələri barəsində ailə üzvləri ilə söhbət edildi və söhbət əsnasında qəhrəmanımızın adını daşıyan nəvəsi Əsəd Əsədov Aviasiya akademiyasında təhsil aldığını və babasını yolunu davam etdirəcəyini bildirdi.
Şəhidimizin ailə üzvləri tərəfindən hazırlanmış ehsan süfrəsi arxasında şəhidlərimizin və şəhid Milli qəhrəmanlarımızın ruhuna dualar oxundu.
Sonda rəhbərlik Şəhid Milli qəhrəman ailələrinin hər zaman Milli Qəhrəmanlar Birliyinin nəzərində və diqqətində olduğunu bildirdi və həmçinin, şəhid Milli Qəhrəman Əsəd Əsədovun həyat yoldaşı Sevil xanım gələn qonaqlara öz təşəkkür etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nərmin Səfərova
Vetenqehremanlari.az