İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində yeniyetmələrin maarifləndirilməsi” layihəsi çərçivəsində Suraxanı “Gənclər Evi”ndə 3 təlim təşkil edib.
Təlimlərdə çıxış edən Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova yeniyetmələrin sosil şəbəkə fəaliyyətinin doğru məcraya yönləndirilməsi, milli-mənəvi dəyərlərin davamlı təbliği mövzusunda təlimlərin keçirilməsinin ictimai zərurət olduğunu bildirib. N.Rüstəmova təlimin təşkilinə görə İTTYİB sədrinə təşəkkürünü bildirib.
İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin sədri Aytac Əzimova təlimlərdə çıxış edərək layihənin mövzusunun aktuallığı, hədəf qrupu və qarşıda dayanan vəzifələrin effektiv icrası barədə geniş məlumat verib.
Təlimlər tanınmış təlimçi Elməddin Behbud tərəfindən aparılıb. E.Behbud milli-mənəvi dəyərlərimiz, onların başlıca komponentləri, sosial şəbəkələrin alqoritmləri, bu platforma vasitəsi ilə ictimai rəyin yönləndirilməsi metodları, manipulyasiyalar, sosial şəbəkələrin zərərli təsirləri və s. barədə yeniyetmələrə dolğun məlumat verib.
Təlim praktik məşğələlərlə davam etdirilib.