Milli Qəhrəman İbad Hüseynov “Vətən övladı” ordeni ilə təltif edilib

 

Oktyabrın 18-də Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov “Vətən övladı” ordeni ilə təltif edilib. Ordeni Türkiyənin Adana şəhərində Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayıl təqdim edib. İbad Hüseynov göstərilən bu diqqətə görə Dədə Qorqud Milli Fondunun İdarə Heyətinə və Ağsaqqallar Şurasına təşəkkür edib.
Xatırladaq ki, “Vətən övladı” ordeni 1999-cu ildə Dədə Qorqud Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalı tərəfindən təsis olunub. Bu vaxta kimi Azərbaycanın bir sıra tanınmış ictimai-siyasi xadimlərinə “Vətən övladı” ordeni təqdim olunub.

 

Comments (0)
Add Comment