Bu gün biz Azərbaycan xalqı olaraq qalib, güclü və nüfuzlu dövlətimiz ilə fəxr edirik. Çünki 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasikursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Azərbaycanda idmanın kütləviləşməsi, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəbin tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycan xalqının qarşısında ən böyük xidməti, bilavasitə «Dəmir yumruq» siyasəti ilə Müzəffər Azərbaycan Ordusunun 44 Gün davam edən Vətən Müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın hərtərəfli inkişafa, xalqımızı firavan həyata, ölkəni 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpasına qovuşdurmaq idi. Əslində, məqsədyönlü surətdə aparılan siyasət, hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 19 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu gün xalqımız qürurla “Qarabağ Azərbaycandır”- deyə bilirsə, bu uzun illər ərzində həyata keçirilən məqsdəyönlü siyasətin, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin, Azərbaycan xalqının birliyidir. Bu birlik bizə güclü Azərbaycanı, güclü ordunu və ən nəhayət, həsrətində olduğumuz Qələbəni bəxş etdi. Şuşanın azad edilməsindən sonra – 2020-ci il noyabrın 8-də “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri ilə xalqa müraciət edən Prezident İlham Əliyev bütün bunları yalnız bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Həm də ulu öndər Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən böyük lider həm də bir Prezident kimi xalqına verdiyi vədi yerinə yetird. i, ona olan inamın qırılmasına nəinki imkan vermədi, onu getdikcə daha da gücləndirdi. Bu gün Azərbaycan bu inamın sayəsində güclənərək inkişaf edir. Bir sözlə, son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da sürətlə inkişaf etməyə davam edəcək və daha neçə-neçə yeni uğurlara imza atacaqdır.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi