Xəbər verildiyi kimi, oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər edib. Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər. Bu tədbirdə Prezident İlham Əliyevin iştirakı və keçirdiyi görüşlərin əhəmiyyəti ilə bağlı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Asgərli saytımıza fikirlərini bildirib.
Asif Əsgərli deyib ki, “Avropa siyasi birliyi” Zirvə Toplantısı yeni platforma olsa da regionda geosiyasi vəziyyətin normallaşması, xüsusən sülhün əldə olunması baxımdan mühüm əhəmiyyət daşıyır: “Görüdüyümüz kimi, cənab Prezidentin bu səfərinin sıx qrafiki var idi. Və ölkəmizin başıçsı, demək olar ki, bütün görüş və çıxışlarında sülh məsələsini daha çox qabardıb. Bunu biz istər Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə, istərsə də “Avropa siyasi birliyi” Zirvə Toplantısıın açlışındakı çxışında da müşahidə etdik. Həmçinin cənab Prezidentin Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə də sülh məsələsi əsas mövzu oldu. Prezident hər zaman oldğuu kimi, onlara Ermənistan tərəfindən törədilmiş dağıntılar və vəhşilikləri xatırladıb, amma buna baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdiyini bildirib. Bütün bunların fonunda Prezident İlham Əliyev Azərbaycanın region dövlətləri arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəklədiyini vurğulayıb. Yəni Azərbaycan həm Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müsbət qarşılayır. Eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Azərbaycan-Gürcüstan-Ermənistan platformasının yaradılması da önəm daşıyır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın məqsədi Ermənistanı sülhə gətirmək və bütövlükdə regionda sülh və əmin-amanlığı təmin etməkdir”.
Politoloq Praqa görüşlərində Azərbaycanın mövqeyinin öndə olduğunu vurğulayıb: “Cənab Prezidentin görüşlərindəki çıxışlarından da görünür ki, Azərbaycan yenə də diqtə edən tərəfdir. Bütün təklif və təşəbbüslər Azərbaycan tərəfindən verilir. Praqada Prezident İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə iki dəfə görüşü olub. Sevindirici haldır ki, görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər. Həmçinin Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Bu görüşün nəticəsi odur ki, nəhayət Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bununla Prezident İlham Əliyev Ermənistana sonda “Qarabağ Azərbaycandır!” aksiomasını qəbul etdirdi”.
YAP rəsmisinin fikrincə, bu görüşlərdə Ermənistanın haqsızlığı, passivliyi ondan görünür ki, cənab Prezident tərəfindən verilən sual və təkliflər cavabısız qalır: “Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq Ermənistanın öz ödəliklərini pozmasının son dərəcə biabırçı fakt olduğunu deyib: “Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim”. Azərbaycan hələ ki, səbr edir. Böyük bir əminlik var ki, Azərbaycan öz istəyinə nail olacaq. Noyabrda ölkə rəhbərləri səviyyəsində planlaşdırılan Brüssel görüşü sülhə daha da yaxınlaşmaq baxımından önəmli olacaq”.