Bu gün Azərbaycan Respublikasının şəhid Milli qəhrəmanı İlqar İsmayılovun şəhadətindən 30 il keçir. İlqar İsmayılov polis orqanlarında xidmət etmiş və 1-ci Qarabağ müharibəsində Laçın dəhlizinin müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuşdur.
Bu gün Nərimanov rayon ictimaiyyəti və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi qəhrəmanımızın məzarını və oxuduğu Nərimanov rayon 45 saylı orta məktəbin həyətində yerləşən büstünü ziyarət etdik. Məktəb kollektivinin iştirakı ilə büstü önündə anım mərasimi keçirildi və gül dəstələri qoyuldu.
Nərmin Səfərova