Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin icra etdiyi “Erkən nikahlar” mövzsunda tədbirlərin təşkili adlı layihənin növbəti fəaliyyəti olaraq regionlarda geniş tərkibli Dəyirmi Masalar keçirilmişdir.
AR Nazirlər Kabinetinin 2020-ci il 213 №-li Qərarı ilə təsdiq olunan “Gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın vəziyyətinin, mərkəzi və yerli icra orqanlarının bu sahədə görmüş olduqları işlərin və fəaliyyətlərin monitorinq və araşdırmasının aparılması, paytaxtda və 8 bölgədə sorğuların keçirilməsi və 40 nəfərlik monitorinqçi gənclər üçün onlayn təlim kursundan sonra mövzu üzrə ümumilikdə 160 nəfər aidiyyatlı qurum təmsilçilərinin və ictimai fəalların iştirakı ilə 1 ay müddətində Biləsuvar, Ağcabədi, Şabran və Şamaxı rayonlarında Dəyirmi Masalar təşkil olunmuşdur.
Rayon icra hakimiyyəti, aidiyyatlı rayon qurumları, yerli QHT, KİV, din, ailə institutu nümayəndələri və ictimaiyyət təmsilçilərinin fəal iştirakı ilə keçirilən tədbirlərdə erkən və qohum nikahların mənfi fəsadları, onun gələcək genefonda vura biləcəyi zərbələr, bunlarla mübarizədə maarifləndirici addımlar, birgə əməkdaşlıq və tərəfdaşlıq fəaliyyətləriin geniş müzakirə olunduğu regional Dəyirmi Masalarda bu sahədə uğurlu nəticələrə nail olmaq üçün müxtəlif təklif və tövsiyyələr də irəli sürülmüşdür.
Dəyirmi Masalarda eyni zamanda gələcəkdə bu tipli layihə və tədbirlərin təşkili üçün davamlı fəaliyyətlərin təşkil olunması və bu istiqamətdə fəallardan ibarət şəbəkənin yaradılması da tövsiyyə edilmişdir. ADTGT İctimai Birliyi tərəfindən toplanan bu təkliflər və eləcədə layihənin ekspertləri tərəfindən hazırlanan tövsiyyələr toplanaraq QHT-na Dövlət Dəstəyi Agentliyinə təqdim olunması qərara alınmışdır.
Dəyirmi Masaların yekunuda davamlılıq olaraq gənclərin və onların valideynlərinin erkən və qohum nikahlardan çəkindirilməsinə xidmət üçün sosial mediada ictimai maarifləndirmə kampaniyalarının təşkili ilə yanaşı bu sahədə yeni-yeni təşəbbüslərin genişləndirilməsi də qərara alınmışdır.