Azərbaycanın dayanıqlı rəqabət imkanları önə çəkilir

Ölkə Prezidenti cənab İlham Əliyevin 29 iyun 2022-ci il tarixində Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının növbəti Zirvə Toplantısında səsləndirdiyi fikirlər, irəli sürdüyü tezislər regionda formalaşan trendlər və çağırışlara, eyni zamanda  yaxın illərdə bölgədə gözlənilən proseslərə dövlət başçısınin adekvat, çevik və praqmatik yanaşmasını bir daha göstərmiş oldu. Belə ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın bölgədə gələcək sabitlik və inkişafın xeyli dərəcədə təkanverici amilinə çevrilməsi, bölgədə birgə iqtisadi, ekoloji, humanitar layihələrin reallaşdırılması perspektivlərinin mövcudluğu, regional iqtisadi inteqrasiyanın məqsədəuyğunluğu kontekstində Prezident İlham Əliyevin ölkəmizin regional iqtisadi layihələrin həyata keçirilməsində Azərbaycanın dayanıqlı rəqabət imkanlarının önə çəkməsi respublikamız üçün böyük imkanlar yaratmış olur. Təsadüfi deyil ki, Dövlət Başçılarının sammitləri çərçivəsində Azərbaycanın təşəbbüsü ilə artıq həyata keçirilmiş və həyata keçirilməsi nəzərdə tutulan bir çox regional layihələr dövlət başçıları tərəfindən  müzakirə edilir  və ölkəmizin imkanlarından faydalanmaq bu gün regionda yer alan iri güc mərkəzləri üçün xarici iqtisadi siyasət baxımından prioritet istiqamətlərdən birinə çevrilməkdədir.

Odlar Yurdu Universitetinin
“İqtisadiyyat və İqtisadi münasibətlər”
kafedrasının müdiri, iqtisad üzrə
elmlər doktoru, professor
Elşad Məmmədov

Comments (0)
Add Comment