İyulun 3-də Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi tərəfindən şəhid baş leytenant Səfərov Hikmətin qardaşı Rəmzi Dönməzin “Günahın kölgəsi” adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Himni səsləndirildi və Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqlik sükutla yad edildi.
Tədbiri Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov açaraq sözü tədbirin aparıcısı Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Səfərovaya verdi.
Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, yazıçı, publisist, 1-ci Qarabağ müharibəsinin qazisi Hacı Qəni Camalzadə, Azərbaycan Respublikasının Sosial Müdafiə Fondu Agentliyinin şöbə müdiri Rövzə xanım, şəhid Milli Qəhrəman həyat yoldaşı Nailə xanım, Vətən müharibəsi qəhrəmanı anaları Məleykə xanım və Mətanət xanım, şəhid həyat yoldaşı Aynur xanım, şəhid anaları Nailə xanım, Sevda xanım, Kəmalə xanım, kino- rejissor Kəmalə xanım, cüdoçü Arzu müəllimə, şair – yazıçı Zakir bəy, yazıçı-publisist Pərvanə xanım, şəhidlərimiz və qəhrəmanlarımız haqqında kitabların müəllifləri Maya xanım və Pərvanə xanım və digər dəyərli insanlar iştirak edirdi.
Tədbir iştirakçıları əsər haqqında maraqlı fikirlərini bölüşdülər.
Sonda tədbir təşkilatçıları və iştirakçıları xatirə şəkilləri çəkdirdilər.
Vetenqehremanlari.az